Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

55 yaşlı qadın küçədə can verdi, qohumları həkimlərə hücum etdi

19-06-2014, 10:28   
55 yaşlı qadın küçədə can verdi, qohumları həkimlərə hücum etdi
Bakının Nizami rayonunda 55 yaşlı qadın edə küçədəcə qəfildən dünyasını dəyişib.

Hadisə Qara Qarayev prospekti, 96 ünvanında, metronun "Neftçilər" stansiyasının yaxınlığında baş verib.

Şəki şəhər sakini Əbdürrəhimova Nərgiz Həbullah qızı kirayədə yaşadığı mənzilə gedən zaman halı pisləşib. Qadın yaşadığı binanın qarşısında yerə yıxılıb. Bina sakinləri 55 yaşlı qadına ilkin yardım göstərsələr də Nərgiz Əbdürrəhimovanın vəziyyəti get-gedə pisləşdiyindən təcili tibbi yardıma məlumat verilib. Lakin həkim briqadası gələnə qədər qadın dünyasını dəyişib. Hadisə yerində təcili tibb yardım stansiyasının həkimləri ilə mərhumun qohumları arasında qarşıdurma yaranıb.

Nizami Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları da hadisə yerində araşdırma aparıblar. Şahidlərin və dünyasını dəyişən qadının yaxınlarının ifadələri alınıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, Nərgiz Əbdürrəhimova bir müddətdir "8-ci kilometr bazarı"nda ticarətlə məşğul olurmuş. Hadisədən bir neçə gün əvvəl isə o, ürək ağrılarından şikayət ediyinə görə həkimə müraciət edib. Qadının məhz ürəyindəki problemlər üzündən dünyasını dəyişdiyi ehtimal olunur.

Hadisə yerində aparılan araşdırmadan sonra isə meyit daxili müayinə üçün ekspertizaya aparılıb. Ölümün dəqiq səbəbi Nizami Rayon Prokurorluğundakı araşdırmalardan sonra məlum olacaq
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar