Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Şok: Türk əsgərləri PKK marşı oxudu

18-06-2014, 15:45   

Türkiyədə Baş Qərargah rəsi Necdət Özəlin əsgərlərinin PKK marşı oxuduğu bildirilib.

Axar.az xəbər verir ki, bu haqda videonu Odatv.com saytı yayıb.

Türkiyədə AKP hökumətinin başlatdığı və kürdlərin Türkiyə cəmiyyətinə inteqrasiyasını nəzərdə tutan layihələrin həyata keçirilməsi bir çox bölgələrdə olduğu kimi Kayseridə də müxtəlif hadisələrə səbəb olub. Diyarbəkirdəki türk bayrağının endirilməsinin ardınca ortaya çıxan bir video Kayseri əhalisini ayağa qaldırıb.

Kayseridə bütün heyətin zabit və əsgərlərdən ibarət olduğu briqadada çəkildiyi iddia edilən görüntülərdə təxminən 50-yə qədər əsgərin hərbi geyimdə əl-ələ tutaraq PKK marşı oxuduğu əks olunub. Əsgərlər marşın ardınca simvolik qələbə işarəsini göstərib.


11 dəqiqə 53 saniyə davam edən videoda əsgərlərin PKK-nı tərif etməsi və bir əsgərin türkcə danışarkən "Partizan marşını da oxuyum" dediyi açıq şəkildə eşidilir.

Qeyd edək ki, videonun məhz Kayseridəki hərbi briqadada çəkildiyi şübhə doğursa da, görüntülərin birində əks olunan bir dağ hadisənin həmin bölgədə baş verməsi ehtimalını artırır.
[media=http://www.youtube.com/watch?v=F2dscK_EYD0]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar