Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Narkoman 8 aylıq körpəni zorladı

18-06-2014, 11:00   
Narkoman 8 aylıq körpəni zorladı
Narkoman 8 aylıq körpə qızı zorlayaraq onun daxili orqanlarını bərbad hala salıb.

ANS PRESS-in məlumatına görə, həkimlər qızın daxili orqanlarını bərpa etmək üçün onun bir neçə əməliyyat keçirməsinin vacibliyini qeyd edib.

ABŞ-da 27 yaşlı Xulio İturradle öz məşuqəsi Jasmin Devisin 8 aylıq qızını zorlayıb. Cinayət Yelbukerke şəhərində yerləşən mehmanxanada baş verib.

Kişi nömrədə qızın anasını tovlayaraq qapını içəridən qıfıllayıb. Bundan sonra o, balaca qızı zorlayıb. Jasmin onu içəri buraxması üçün qapını döyərək, qışqırıb. Ananın sözlərinə görə, məşuqunun uşağı necə zorladığını eşitsə də ona kömək edə bilməyib. Hadisədən sonra Jasmin qızını xəstəxanaya aparmaq istəsə də İturrale bunu etməyə ona icazə verməyib.

Buna görə uşaq yalnız növbəti gün həkimə aparılıb. Zorlamanın qurbanını yoxlayan həkimlər dərhal polisə məlumat verib. Jasmin polisə hər şeyi danışdıqdan sonra zalım İturradle həbs edilib.

Həmçinin məlum olub ki, uşaqbaz alçaq narkomandır. Polis qızın anasını da saxlayıb. Ona qarşı cinayətkarla sözləşmədə və sübutların gizlətməsində əlbir olma ittihamı elan olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar