
Türkiyə Şırnaqk vilayətinin Beytüşşebap rayonunda PKK terrorçuları dövlət bankına aid inkassator avtomobilini qarət ediblər. ANS PRESS-in xəbərinə görə, qarət olunan pul məbləğinin milyonlarla lirə olduğu iddia olunur.
İddianı professor Ümid Özdağ sosial şəbəkədə yayıb. Özdağ “21 əsr Türkiyə” institutunun tvitter səhifəsində PKK terrorçularının son günlər fəallaşdığını, dövlət bankına aid inkassator maşınını qarət etdiklərini qeyd edib.
“PKK Beytüşşebapda inkassator maşınını qarət edib. Terrorçular 13 iyun 2014-cü ildə Silopidən Beytüşşebapa pul transfer edən dövlət bankına aid maşını 13.30-da rayonun girişində saxlayaraq qarət etdi. Maşında olan 1.5 milyon lirə və dollar xaricində mühafizəçilərin tapança və avtomatlarını da götürən terrorçular hadisə yerindən qaçıblar”.