“ABŞ-ın İranla nüvə sazişindən çıxması təsəvvürü belə heç də yaxşı olmayan hərbi-siyasi konfliktlə nəticələnə bilər. Hadisələrin inkişafı böyük ölçüdə Avropanın Donald Trampa müqavimətindən asılı olacaq. ABŞ-ın nəyə nail olacağı və Avropa Birliyinin rolu hadisələrin sonrakı inkişafına təkan verəcək”.
Cebhe.info xəbər verir ki, bunu Rusiyanın İrandakı sabiq səfiri Aleksandr Maryasov deyib.
Rusiya mətbuatının yazdığına görə, ABŞ-ın bu sazişdən çıxmaqda bir neçə məqsədi var. Sərtləşdirilən İran siyasətinin əsas səbəblərindən biri bu ölkənin yaxın Şərqdə möhkəmlənməsinin qarşısını almaqdır. Beləliklə Vaşinqton rəsmi Tehranı təcrid vəziyyətinə gətirmək istəyir.
İkinci məqsəd isə İran daxilində narazılıqlara rəvac verməkdir. Çünki sanksiyaların sərtləşdirilməsi və sosial-iqtisadi vəziyyətin pisləşməsi daxildə narazılıqları artıra bilər. Bu isə hökumət əleyhinə aksiyalara səbəb olar və hətta rejimin dəyişdirilməsinə cəhdlərə qədər uzana bilər.
İran rəhbərliyi də ABŞ-ın bu yöndəki məqsədlərini yaxşı bildiyindən müqaviməti artırır və Avropa Birliyinin dəstəyinə ümid bəsləyir.
Xəzər
Cebhe.info