16:32
Tehranda baş tutan kitab sərgisinə gedən Güney Azərbaycanın milli fəalı Həbib Sasanian oradaca həbs edilib.Axar.az xəbər verir ki, bu barədə məlumatı onun yaxınları yayıb. Fəalın hara aparıldığı barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, 2016-cı il mayın 15-də 5 fəalla birlikdə Ərdəbildə saxlanılan H.Sasanian 2017-ci ilin avqustunda azad edilib. Fəalın nədə ittiham olunduğu dəqiq bilinməyib. Bəzi mənbələr onun Azərbaycan-Ermənistan münaqişəsi və bu məsələ ilə bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğunu iddia edirdilər.
***
Güneyli fəalın hansı səbəbdən saxlanıldığı bəlli olub.Onun türkçə kitablar payladığı üçün bir neçə saat polislər tərəfindən saxlanıldığı bildirilib.