Sizin Reklam Burada
Tel: 050 378-66-61

Rövşən Lənkəranskinin "qardaşı"nın neft milyonları müsadirə edildi

11-05-2018, 17:28   


Rövşən Lənkəranskinin


 Pul yerli cinayətkar klanlardan birinə məxsus olub və "Avropa obşakı" adlandırılan oğru dünyasına 
məxsus kassaya daxil edilmək üçün Berlinə göndərilirmiş
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT, Milli Kəşfiyyat Təşkilatı — red.) İstanbul Atatürk Hava Limanında əməliyyat 

keçirib. Nəticədə İstanbul-Berlin reysi ilə uçmağa hazırlaşan bir sərnişindən (adı açıqlanmır) sərhəddə gömrük 
xidmətinə bəyan edilməmiş 8 milyon 675 min ABŞ dolları məbləğində pul müsadirə edib. Bu barədə Sputnik 
Azərbaycan-a kriminal dairələrə yaxın mənbələr məlumat verib. Pul yerli cinayətkar klanlardan birinə məxsus olub

 və "Avropa obşakı" adlandırılan oğru dünyasına məxsus kassaya daxil edilmək üçün Berlinə göndərilirmiş.
Qeyd edək ki, "Avropa obşakı" azərbaycanlı qanuni oğru Rövşən Canıyevin (2016-cı ilin avqustunda İstanbulda 
qətlə yetirilmiş Rövşən Lənkəranski — red.) "qardaşı" adlandırılan çeçen kriminal avtoritet Həmzət Qastəmirovun 
(Şeyx Həmzət) nəzarətindədir. Maraqlıdır ki, xüsusi xidmət orqanlarının müsadirə etdiyi pul cinayətkar klan
 tərəfindən türk cənub neft nəqlindən əldə olunub. Əldə etdiyimiz məlumatlara görə, Türkiyənin hərbi 
əməliyyatların getdiyi İraq və Suriya ilə həmsərhəd ərazilərində nəzarətdən kənar neft ticarəti üçün əlverişli şərait 
yaranıb. Bir sıra kriminal avtoritetlər 2009-cu ildən etibarən öz fəaliyyətlərini neft "qara bazarı"nda davam 
etdirirlər. Belə ki, onlar "qara qızıl"ın ticarəti ilə məşğul olan özəl şirkətləri himayə edirlər.
Dünya KİV-ləri Beynəlxalq terror təşkilatı olan "İslam dövləti"nin (İŞİD) Suriya və İraqdan qaçaqmalçılıq yolu ilə 
Türkiyəyə gətirdiyi nefti qara bazarda dempinq qiymətə satdığını dəfələrlə yazıb. Bu barədə Avropanın konsaltinq 
şirkətlərinin (Norveçin Rystad Energy AS şirkəti) hesabatlarında da bəhs edilib. İŞİD bu nefti İraq və Suriyanın 
daxilində əldə edərək onun əsas hissəsini Suriya — Türkiyə sərhəddinə nəql edir.
Vaxtilə Səddam Hüseynə beynəlxalq sanksiyaların təsirinin aradan qaldırılmasında yardım etmiş qaçaqmalçılar 
və korrupsiyalaşmış sərhədçilər indi elə şərait yaradırlar ki, İŞİD nefti ixrac edərək nağd pul gətirsin. Heç də hər 
bir "qanuni oğru" cənub trafikinə giriş imkanı ilə öyünə bilməz. Azərbaycandan olan yalnız bir "qanuni oğru" bu 
bazardan haqq alırdı ki, o da artıq həyatda yoxdur. Rusiya mafiyasının sabiq "xaç atası" Aslan Usoyan (Ded 
Xasan) İraqın neft bazarına gedib çıxan ilk avtoritetlərdən olub.
Ded Xasanın hakimiyyəti o qədər güclü idi ki, o, təkcə Rusiya Federasiyası hökuməti ilə sıx əlaqələri ilə 
kifayətlənə bilməzdi. Usoyanın güclü təsiri təkcə Moskva, Sankt-Peterburq və Rusiyanın mərkəzi regionları ilə 
məhdudlaşmırdı, həm də yaxın və uzaq xaricin bir sıra ölkələrində də mövcud idi. Milliyyətcə kürd olan Usoyan 
İraqın güclü kürdləri ilə asanlıqla əlaqə qurmuş və onların vasitəsilə neft bazarlarına nəzarət etməyə başlamışdı.

Maraqlıdır ki, Ded Xasanın bu cür əlaqələrini həyata keçirən qurum olaraq rəsmən yalnız bir xüsusi mülkiyyət 
müəssisəsi — "Qara Volqa" qeydiyyata alınıb. Bir sıra məlumatlara görə, Usoyan İraq nefti ilə bağlı fırıldaqlarda 
iştirak etməyə hələ 1993-cü ildən PKK lideri olan və 1999-cu ildən Türkiyə həbsxanasında ömürlük həbsə
 məhkum edilmiş Abdulla Öcalanın köməyi ilə başlayıb. Usoyanın Türkiyədə fəaliyyət göstərən terror təşkilatı — 
Kürd İşçi Partiyasının (PKK) silah tədarükçüləri arasında yer aldığından çox danışılıb. Onun bu işdə əsas 
ortaqlarından biri də kürd terror hərakatının əsas silah tədarükçüsü Mehmet Öcalan (Abdulla Öcalanın qardaşı) 
olub. Ded Xasan 2013-cü il yanvarın 16-da gündüz vaxtı öldürülüb. "Qanuni oğru" Moskvanın mərkəzindəki 
mənzil-qərargahından — Povar küçəsində yerləşən "Starıy fayton" (Köhnə fayton) restoranından çıxarkən 
snayper onu səssiz "Val" tüfəngi ilə boynundan atıb.
Bu arada qeyd edək ki, yaxın vaxtlarda Şeyx Həmzət yenidən Azərbaycana gəlməyə hazırlaşır. Onun ölkəmizə 
gəlişinin məqsədi hələlik məlum deyil. O, 2017-ci ilin avqustunda Rövşən Lənkəranskinin qəbrini ziyarət etmək 
üçün Azərbaycana gəlmişdi./criminalaz.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar