Roma Papası Françeskonun ölümü ilə bağlı proqnoz meydana çıxıb.
Cebhe.info xəbər verir ki, proqnozu norveçli keçmiş futbolçu Jan Age Fjortoft irəli sürüb. O, "Liverpul"un daha əvvəlki Çempionlar Liqasındakı oyunlarında yaşanan hadisələrlə əlaqə qurararaq Papanın ölümünü proqnozlaşdırıb.
Sabuq futbolçu 1981-ci ildə İngiltərə şahzadsi və ledi Diananın evləndiyini xatırladıb. Həmin il İngiltərə Premyer Liqasında oynayan komandalardan olan “Liverpul" "Real Madrid"i 1-0 məğlub edərək çempion olub. 13 may 1981-ci ildə isə Mehmet Əli Ağca Roma Papası 2-ci Jan Paulu güllələyib.
2005-ci ildə şahzadə Çarlz Kamilla Parkerlə evlənib. Eyni il "Milan" və "Liverpul" İstanbulda Çempionlar Liqasının finalında üz-üzə gəlib. "Liverpul" yenə qazanıb. Papa 2-ci Jan Paul 84 yaşında vəfat edib.
Futbolçu bu ssenarinin gerçəkləşməsi ehtimalını yüksək qiymətləndirib. Qeyd edib ki, 2018-ci ildə Şahzadə Harri və Meqan Markle 19 mayda evlənəcək. “Liverpul" Çempionlar Liqasında finala yüksələrək “Real Madrid"in rəqibi olub. İki komanda 26 mayda qarşılaşacaq. “Liverpul” bu oyunu qazanarsa, Papa Françeskonu gözləyəcək aqibət indi hər kəsi maraqlandırır.
Xəzər
Cebhe.info