Sizin Reklam Burada
Tel: 050 378-66-61

Paşinyan Rusiya hərbi bazasına tərəf gedib Qarabağa görə "daha möhkəm təminat" istədi YENİLƏNİB

27-04-2018, 21:51   



 

Ermənistandakı etiraz hərəkatının lideri Nikol Paşinyan bildirib ki, müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Ermənistan KTMT üzvü olaraq qalacaq, həmçinin Aİ və Avrasiya İqtisadi İttifaqı üzrə “beynəlxalq öhdəliklərə sadiq olacaq”.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, Gümrüdə tərəfdarları ilə keçirdiyi mitinqdə Paşinyan deyib: “Təminat verirəm ki, Ermənistan KTMT tərkibində qalacaq... çünki bu, Ermənistanın maraqlarına cavab verir. Biz bu təşkilatın daha effektiv olması, Ermənistana və Qarabağa əlavə təhlükəsizlik təminatı verməsi üzərində işləyəcəyik”.

Onun sözlərinə görə, hərəkat Rusiyaya qarşı deyil, ölkəni ağılsız və anantürist yola aparmayacaq.

“Biz bəyan edirik ki, Ermənistan bütün, o cümlədən Aİ və Avrasiya İqtisadi İttifaqı üzrə öhdəliklərə sadiq qalacaq”, - Paşinyan deyib.

*   *   *19:37

Ermənistandakı etiraz hərəkatının lideri, parlamentin deputatı Nikol Paşinyanın rəhbərliyi altında maşın karvanı Gümrü şəhərinə çatıb.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Gümrüdə kifayət qədər insanın toplaşdığı Vardanants meydanında tezliklə mitinq başlayacaq.

Qeyd edək ki, Yerevanda kütləvi etiraz aksiyaları bazar günü davam etdiriləcək. Bu gün və sabah Paşinyan ölkənin əhəmiyyətinə görə ikinci və üçüncü şəhərlərində mitinq keçirəcək.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar