Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tələbə yoldaşı olan yeni nazirlər

22-04-2018, 09:25   

Ölkə başçısı İlham Əliyevin son sərəncamları ilə kənd təsərrüfatı naziri təyin olunan İnam Kərimovla əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən Sahil Babayev həm də tələbə yoldaşı olublar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (AMDP) sədri Elşən Musayev öz Facebook statusunda yazıb:

“Tələbə yoldaşlarım İnam Kərimov və Sahil Babayev, Milli Məclisdə komitə yoldaşım, əzizimiz Rövşən Rzayev yeni hökumətin tərkibində yer alıblar!

Hər biri ilə qürur duyuram və onlara gələcək fəaliyyətlərində bol-bol uğurlar arzu edirəm…” – deyə, o, sonra yazıb.

Qeyd edək ki, hər 3 şəxs 1995-2002-ci illərdə BDU-nun beynəlxalq hüquq fakültəsində təhsil alıblar.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar