Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Zəncirvari qəza: xəsarət alan var

16-06-2014, 10:35   
Zəncirvari qəza: xəsarət alan var
Bakı-Qazax yolunda üç avtomobil toqquşub, bir nəfər xəsarət alıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şəmkir rayonu, Bakı-Qazax yolunun 375-ci kilometirliyində "VAZ" və "Opel" markalı minik avtomobilləri ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Opel” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar