Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

8 aylıq körpə qatarın altına düşdü

16-06-2014, 10:25   

Türkiyədə anası tərəfindən uşaq arabası ilə qatardan perrona düşürülən 8 aylıq körpə relslərin üstünə yıxılıb.

ANS PRESS-in xəbərinə görə, hadisə dünən yerli vaxtla saat 17.20-də İzmir şəhəri “İzban” qatar stansiyasında baş verib.

Məlumata görə, ana qatardan düşərkən onun körpəsi naməlum səbəblə arabadan sürüşüb və vaqonla perronun arasından relslərin üstünə yxılıb.

Ananın fəryadı ilə stansiya işçilərinə xəbər verilib və qatarın hərəkət etməsinin qarşısı alınıb.

Stansiya işçilərindən biri relslərin üstünə düşərək körpəni anasına təhvil verib. Dərhal xəstəxanaya çatdırılan körpənin səhhətində heç bir problem olmadığı bildirilib.

Hadisə yerində olan tanınmış fotoqraf-jurnalist Feyzi Hepşenkal baş verənləri fotoaparatı ilə görüntüləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar