Sizin Reklam Burada
Tel: 050 378-66-61

“Nar” rominqdə olanlar üçün əlverişli “Tətil” paketlərini təqdim etdi

6-06-2017, 10:30   


“Nar” rominqdə olan abunəçilər üçün əlverişli “Tətil” paketlərini təqdim etdi. Sərfəli internet

paketləri sayəsində “Nar” abunəçiləri artıq xaricdə də özlərini evdəki kimi hiss edəcəklər. Bundan sonra

səfərdə olarkən, Wi-Fi axtarmağa ehtiyac qalmayacaq. Səfərə çıxdıqda, “Nar”-ın “Tətil”paketlərindən

birini sifariş edərək səyahət etmək olduqca sərfəlidir.

Təklif çərçivəsində 200 Mb həcmindəki “Tətil – 2” və 600 Mb həcmindəki “Tətil – 5” paketlərinin

qiyməti müvafiq olaraq 2 və 5 AZN təşkil edir. “Tətil” paketləri ABŞ, İsrail, Ukrayna, Gürcüstan, İran,

Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan kimi ölkələri əhatə edir.

İstifadə müddəti 15 gün olan paketlərdə hesablama intervalı 40 Kb təşkil edir. İnternet paketlərdən

öncədən və sonradan ödənişli tariflərin istənilən abunəçisi istifadə edə bilər. Təklif həmçinin “Nar” data

nömrələri üçün nəzərdə tutulub. Abunəçi istədiyi sayda paket sifariş edə bilər. Bu zaman internet

trafikin istifadəsi sonuncu sifariş olunan paketin tarixinə əsasən hesablanır. “Tətil – 2” paketinə

qoşulmaq üçün *777#102#YES, “Tətil – 5” paketinə qoşulmaq üçün *777#105#YES, paketdaxili internet

balansını yoxlamaq üçün isə *777#20#YES kodunu yığmaq kifayətdir.

“Nar” rominq xidməti və tariflər haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək

olar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar