Sizin Reklam Burada
Tel: 050 378-66-61

Rusiyanın “maliyyə oyunu”: Dolları həm də Putin ucuzlaşdırır?

2-06-2017, 16:37   


Şimal qonşumuzun dollara təsir imkanı nə qədərdir?

Vüqar Bayramov: “Rusiya özü də rublun kəskin şəkildə möhkəmlənməsindəmaraqlı deyil”

Bu gün dünya ölkələrinə təsir etmək üçün hərb ən optimal variant hesab olunsa da iqtisadi sanksiyalar hesabına da böyük güclər öz maraqlarını təmin etməyi müəyyən qədər bacarırlar.Amerika Birləşmiş Ştatları 2 ildir ki, məhz dünyaya dollarla təzyiq göstərir.ABŞ Mərkəzi Bankının funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sistemi 2015-ci ildə dolların uçot dərəcəsini artırmaqda dünya maliyyə bazarında çalxalanma yaratdı.Bu dünya ölkələrinin milli valyutasında kəskin ucuzlaşmalara səbəb oldu.

Rusiya, Türkiyə, İran və digər ölkələrin milli valyutası, hətta Avrozonanın əsas valyutası hesab olunan avro da dollar qarşısında dəyər itirdi. Təbii ki, Azərbaycan manatı da bu prosesdən öz “payına” düşəni götürdü.Sonrakı dövrlərdə ölkələrin atdığı müəyyən iqtisadi addımlar prosesin bir qədər səngiməsinə səbəb oldu.Bu gün bir sıra ölkələrdə milli valyutaların stabilləşdiyini, hətta dollar qarşısında müəyyən qədər bahalaşdığının şahidi oluruq. Rusiya Mərkəzi Bankının 31 may üçün verdiyi məzənnədə rublun dollar qarşısında müəyyən qədər dəyər qazandığını görmək mümkündür. Belə ki, dolların rəsmi məzənnəsi 0.19 rubl ucuzlaşaraq 56.5168 rubl təşkil edib.Avro həmçinin 0.42 rubl azalaraq 62.9484 rubla bərabər olub.

Ekspertlər hesab edir ki, Rusiya təbii enerji resurları ilə zəngin olan dövlət olduğu üçün əslində dolların faiz indeksinin artması rubl üçün təsirsiz olmalıydı.Nəzərə alsaq ki, iqtisadi tərəfdaşlıq məhz siyasi münasibətlər üzərində qurulur.Qərbin illərdir davam edən sanksiya qərarları Rusiya iqtisadiyyatında müəyyən qədər immunitet yaratmışdı.Bəlkə də bu ona görədir ki, bu gün proqnoz verilənin əksinə, rubl 2015-ci ildəki dərin böhrandan sonra yüksək sürətlə əvvəlki mövqeyinə qayıdır.Qeyd etdiyimiz kimi Rusiya təbii enerji ehtiyatları ilə zəngindir və dərin siyasilər daim neft və təbii qaz ixrac edən ölkələrlə siyasi, iqtisadi münasibətlərini açıq və gizlin şəkildə qurublar.Bunu FES-in verdiyi qərarlardan sonra dollardan imtina kampaniyasının yaranmasında da görmək olar. Hətta Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, 100 milyard dollar borcumuz olsa belə bizim onu geri qaytarmaq kimi problemimiz yoxdur, deməsi əlbəttə ki, dövlətin qurduğu siyasi və iqtisadi əlaqələrin qüsursuzluğuna işarədir. Sovet quruluşu dağılandan sonra Rusiya Federasiyasının demək olar bütün xarici banklara borcu vardı, amma bu gün Rusiyanın bütün zavod və fabrikləri tam gücü ilə işləməkdədir.Bu da təbii ki, daxili iqtisadiyyatın çoxşaxəli olaraq inkişafının göstəricisidir.

Rusiya iqtisadiyyatının daha bir inkişafının səbəbi isə Putinin hakimiyyətə gəlməsində böyük dəstəkləri olan milyarderlərin daha sonra elə Putinin “U” dönüş siyasi xətti ilə tək-tək həbs edilərək illərdir Rusiya dövləti sayəsində yığdıqları milyardları məcburi şəkildə dövlətə qaytarmaları oldu.Nəzərə almaq lazımdır ki, dünyanın milyarderlər siyahısındakı ilk beşlikdəki adların 4-ü məhz Rusiya biznesmenləri idi.Bu da əlbəttə ki Putin hökumətinin ehtiyat fonduna daxil edilərlək istənilən xarici təsirlərə, xüsusən də Amerikanın dollar manipulyasiyasına qarşı rahat qalxan rolu oynamaqdadır.



İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiya, ancaq daxili bazarına uyğun olaraq rublun məzənnəsinə təsir etmək gücündədir:

“Burada söhbət Rusiyanın daxili bazarına təsir edərək, rublun məzənnəsinin dəyişməsindən gedir. Bu baxımdan Rusiya yalnız rublun məzənnəsinə təsir etmək imkanlarına malikdir.Digər valyutalara isə təsir imkanları xeyli məhduddur.Rusiyanın eyni ticarət, gömrük birliyində olduğu ölkələrin belə valyutasına təsir imkanları məhdud çərçivədədir.Çünki praktiki olaraq həmin ölkələrdə milli valyutanın dəyəri dollar olan tələb və təkliflə müəyyənləşir.

Həmin ölkələrə daxil və xaric olan dolların kütləsinə uyğun olaraq milli valyutanın dəyəri formalaşır.Digər tərəfdən Rusiyanın özündə rublun nə qədər dayanıqlı olduğu müzakirə olunan məsələdir.Rublun mövcud məzənnəsi dayanıqlı olmaya bilər.Rublun məzənnəsi də neftin qiymətindən asılı olan məzənnədir.Hal-hazırda Rusiya özü də rublun kəskin şəkildə möhkəmlənməsində maraqlı deyil.Çünki rublun kəskin möhkəmlənməsi Rusiyanın ixrac imkanlarına mənfi təsir edən amildir.

Ona görə də Rusiyada məzənnəyə fərqli yanaşmalar var. Amma bütün hallarda Rusiyanın hətta MDB ölkələrinin milli valyutalarına təsir imkanlarına sahib deyil.Çünki ölkələrdə dollar əsas oyunçu olduğundan bu ölkələrin məzənnəsi də dollara olan tələb və təklif səviyyəsinə uyğun olaraq formalaşır”.

Vilayət Muxtar
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar