
“Şimali Koreyanın fitnəkar hərəkətlərinə cavab olaraq ABŞ-ın hərəkətləri tamamilə haqlıdır. Koreya sahillərində ABŞ-ın təyyarədaşıyan qruplaşması fövqəladə dərəcədə effektiv qabaqlayıcı tədbirdir”.
Publika.az xəbər verir ki, bunu Ukraynanın ehtiyatda olan general-leytenantı Dmitri Umanes “Obozrevatel” nəşrinə deyib.
General bildirib ki, Şimali Koreya rəhbərliyinin hərəkətlərini təhlükəli hesab edir.
“Hətta praktik hərəkətlərsiz bir-birini qorxutmaq təhlükədən xəbər verir. Şimali Koreyaya kim hücum etməyə hazırlaşır? Ağlasığmazdır ki, Birləşmiş Ştatlar və ya Rusiya ona hücum etsin. Fikrimcə, Şimali Koreya kiməsə güclü şəkildə lazım deyil”, - o bildirib.
Eyni zamanda, Umanes ABŞ-ın cavab reaksiyasını “tamamilə düzgün” hesab edir: “ABŞ-ın hərbi hərəkətlərini alqışlayıram. Kim Çen In kimi bir insanın təcavüzkar hərəkətlərinin qarşısını kəsmək və dünyada nüvə silahının yayılmasına maneə olmaq üçün qabaqlayıcı addınlar atmaq lazımdır”.
General hesab edir ki, Koreya sahillərində olan təyyarədaşıyan qruplaşma Koreya Xalq Demokratik Respublikasını təxminən 15-20 dəqiqə ərzində məhv edə bilər.
Ömər Dağlı