Sizin Reklam Burada
Tel: 050 378-66-61

Oğlu Çovdarovun yalanını çıxardı: Bir müsahibənin əks-sədası

9-12-2016, 17:07   

“Gözləri görməyən” general detektiv romanları necə oxuyur?

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyatda Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun oğlu Ruslan Çovdarov “Yeni Müsavat” qəzetinə müsahibə verib. Müsahibədə R.Çovdarov deyib ki, atası həbsxanada amerikalı detektiv yazarların kitablarını oxuyur. O, tez-tez atasına kitab apardığını da diqqətə çatdırıb.

Lakin Ruslan Çovdarovun müsahibəsindən xeyli əvvəl vəkilləri mətbuata bildirmişdilər ki, Akif Çovdarovun səhhəti pisdir, gözləri normal görmür və istintaq materiallarını oxuya bilmir. İndi oğlunun dedikləriylə atanın iddiaları üst-üstə düşmür. Görünən budur ki, Akif Çovdarov onu həbsə atacaq istintaqdan yayınır və bu sirrin üzərini Ruslan Çovdarov açır. Mümkündür ki, ya Ruslan Çovdarov atasının iddiasından xəbəri yoxdur, ya da bu barədə Akif Çovdarov oğluna təlimat verməyib. Hər halda A.Çovdarov kəşfiyyatçı idi, hər şeyi xırdalığıyla götür-qoy etmək və özünü qorumaq üçün ən incə detalları görmək istedadına sahibdir.



Oğul atanı ələ verdi?

Ruslan Çovdarovun sözləri başqa ehtimalı da yarada bilir. O da bu ehtimaldır ki, Akif Çovdarov onsuz da həbsxanadan yaxa qurtarmayacağını bilir və digər məsələlər onu o qədər də narahat etmir. Amma vəkillərinin Akif Çovdarova qoyduqları “xəstəlik diaqnozu”nun isə onun istinaqdan, bu məqsədlə də həbs olunmaq təhlükəsindən yayınmaq cəhdləri olduğu şübhəsizdir. Ona da şübhə yoxdur ki, özünü xəstəliyə vurmaqla Akif Çovdarov vaxt qazanır ki, ən azından oxunacaq hökm yüngül olsun. Həmçinin onun bu ziqzaqvari gedişlərini kənardan aldığı tapşırıqlar üzərindən etdiyinə də şübhə yeri yoxdur. “Odioz general”a qarantiya verilə bilər ki, MTN adına törədilmiş cinayətlər bu qurumun həbsdə olan digər keçmiş əməkdaşlarının üzərinə atılacaq. Çovdarovun sübut olunmuş və ittiham formasında olan cinayətlərini üzərindən atması, üstəgəl son dönəmlərdə bir sıra media qurumlarında müdafiəsinin təşkil olunması da o ehtimalı yaradır ki, Akif Çovdarov həbsxanadan çıxacaq. Elə Ruslan Çovdarovun rahatlıqla vəkillərinin “kor” elan etdiyi atasının kitab oxumasını da çəkinmədən deməsi bundan xəbər verir. Yəni, artıq ata Çovdarovun qorxacaq yeri yoxdur.

Mafiya “babaları” çətin dilemma qarşısında

Görünən budur ki, Akif Çovdarov əlində olan məxfi məlumatlarla azadlıqda olan cinayət ortaqlarına onları şantaj edəcəyi xəbərdarlığını edib. O, cinayələrin əsl müəlliflərinə mesaj verə bilər ki, sirlərin üzərini açacaq. Keçmiş MTN polkovniki İlqar Əliyev kimi onun da öldürülməsini şübhə yaradacağını bilən mafiya başçıları bu qərara gələ bilərlər ki, Akif Çovdarov şərti cəzayla azad olunsun. Çünki Akif Çovdarov sirləri açacağı halda keçmiş MTN başçısı Eldar Mahmudov və onunla müttəfiq olan keçmiş rabitə naziri Əli Abbasov, həmçinin “çete”nin digər gizli üzvlərinin adlarının açılacağı şəksizdir. Buna görə də Akif Çovdarov əlində olan məxfi məlumatlardan özünü həbsxanadan sığortalamaq üçün istifadə edə bilər.

İndi hamiləri iki seçim qarşısındadırlar: ya Akif Çovdarovu həbsxanadan azad edəcəklər ki, onları ələ verməsin, ya da hansısa yolla onu razı salmağın yollarını axtaracaqlar. Lakin Çovdarovun ittihamları qəbul etməməsindən çıxan yekun nəticə budur ki, o həbsxanada qalmaq fikrində deyil.

Əfqan Ədilov

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar