Sizin Reklam Burada
Tel: 050 378-66-61

“İctimai narazılıq, üsyan, maliyyə böhranı...”- Astroloqdan TERROR xəbərdarlığı

27-11-2016, 20:09   


Hurriyet.com.tr-nin suallarını cavablayan astroloq Dincer Güner qarşıdakı illərdə Türkiyə ilə bağlı proqnozlarını verib.

-Sizcə, kapitalizm sistemi bu qış çökəcəkmi?

- Bu qış yoxl, amma 2018-ci ildə Uran Buğa bürcünə daxil olacaq, pul-maliyyə sistemində tarazlıqları dəyişəcək. İstehsala əsaslanan iqtisadi sistemlər formalaşmağa başlayacaq.

-Bəs dünyada belə proseslər baş verdiyi halda kapitalizmin yeni sahibi Donald Tramp nə edəcək?

- Qarşılayacağımız il Şir-Dolça səma xəttində tutulmalar var. Yəni, ictimai qiyam, üsyanlar... Bəzi şəhərlər muxtariyyət belə tələb edə bilər.

-Bəs, Türkiyənin taleyi necə olacaq? Prezidentli respublikaya keçidlə bağlı müzakirələr nə vəd verir?

- Türkiyə idarəetməsini göstərən nöqtədən Neptun keçir. Hansı ki, bu da xalqın dərin yuxuda olduğuna bir işarədir. Pis hal da odur ki, Neptun 2030-cu ilə qədər bu hal davam edəcək.

-Terror gözlənilirmi?

- 1 fevral, 15 iyul və 7 avqust ... Bu tarixlərə diqqət olunmalıdır!

-Dolların aqibəti necə olacaq?

- Saturn-Neptun təsiri davam edəcək və iqtisadi böhran dərinləşəcək. Bu an 3.40TL səviyyələrində olan dolların nöbəti il sonuna qədər 3.90 TL və daha da artma ehtimalı var.

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar