Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Polis polkovnikinə qarşı şok iddia - ''Narkotik satanları o himayə edir'

23-11-2016, 11:03   


Cəlilabad rayonunda bir qrup sakin polis rəisinin müavinini narkotik alverçilərinə himayədarlıq etməkdə ittiham edir. Criminal.az saytına daxil olan müraciətdə deyilir ki, artıq xeyli müddətdir Fizuli küçəsində yaşayan Vüqar Atayev öz evində narkotik satışı ilə məşğuldur. Onun cinayət əməlindən rayonda çox insanların xəbəri var.

V.Atayevin müştəriləri narkotik almağa gələrkən onun yaşadığı evə gəlir, küçəyə baxan pəncərəni bir neçə dəfə döyür. Xusisi işarədən müştəri olduğunu bilən V.Atayev pəncərədən pulunu alaraq alıcısını yola salır. Hətta həmin küçədə yaşayan sakinlər V.Atayevi əməlinə görə möhkəm döyüblər.




Sakinlər deyir ki, V.Atayevin çirkin hərəkətlərindən Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini Eldar Səfərovun xəbəri var. Şikayətçilər iddia edir ki, V.Atayevin himayədarı məhz rəis müavininin özüdür.

İttihamlarla bağlı rəis müavini E.Səfərov Criminal.az-ın sualına ''Vüqar Atayev adlı adam tanımıram'' deyərək telefonu qapatdı.

Xatırladaq ki, bu ilin əvvəlində CƏlilabad rayon Polis Şöbəsinin əməliyyat üzrə inspektoru Samir Feyzullayev Bakıda Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdu. Onun üzərindən 1 kq heroin götürülmüşdü. Artıq onun barəsəində məhkəmə hökm verib.

Criminal.az

Eldar Səfərov

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar