Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda selfi çəkən 18 yaşlı qız faciəvi şəkildə ölüb

28-10-2016, 08:40   

Astara rayon sakini, Azərbaycan küçəsi, ev 57 ünvanında yaşayan 18 yaşlı Musazadə Elida İntiqam qızı ehtiyatsızlıq üzündən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib. Criminal.az-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saat 20:30 radələrində, Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.

Həmin ünvanda yaşayan bacısıgilə qonaq gələn Elida Musazadə balkonda selfi çəkdirərkən ehtiyatsızlıqdan balkondan yıxılıb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Criminal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar