Sizin Reklam Burada
Tel: 050 378-66-61

Prezidentliyə keçmiş namizəddən şok sözlər

14-10-2016, 14:14   
Prezidentliyə keçmiş namizəddən şok sözlər

“Gürcüstanda hökumət Aşura mərasimi keçirilməsi ūçūn hər imkan-şərait yaradıb. Hətta, kilsənin rəhbəri də şiə-hüseyinçilərə qoşulub sinə döyür.
Görmüsünüzmü, keşiş şaxsey-vaxsey vursun? Bir başqa faktda isə aşurа yürüşünü tənzim edən yol polisi də sinə döyür. Yuxarıdan xūsusi yaşıl işıq var bu məsələyə”.

Politika.Az xəbər verir ki, bu sözləri prezidentliyə keçmiş namizəd, politoloq İlqar Altay yazıb. Onun sözlərinə görə, oradakı soydaşlarımızın öz Elat türk milli bayramlarının keçirilməsinə, sülh məramlı haqlarının ödənilməsinə imkan verilmədi:

“Hakimiyyət orqanları gūc tətbiq edib, bununla baglı keçirilən tədbiri dagıtdı, tədbirdə Azərbaycan və Tūrk bayraqları zorla alındı.

Görūnən odur ki, (və bu xeyli əvvəllər də hiss edilirdi), Gūrcūstanın indiki siyasi rəhbərliyindəki kmlərəsə, orada yaşayan çox yūzminlik azərbaycan tūrklərinin şiələşib, farslaşıb, iranlaşıb və tūrk milli kimliyindən uzaqlaşması sərf edir.

Bu da yəqin ki, aşura vəşiəlikdən yararlanmaqla, bir antitūrkçūlūk siyasi fūrsətidir. Və bir qədər dərindən araşdırsaq, çox da yəqin ki, bu siyasətin kökūndə vəən azı, ictimai səviyyədə Gūrcūstan-İran gizli razılaşmasının durduğunu da aydın etmək olar”.

İ.Altay qeyd edib ki, bu günkü şiəlik 79-cu ilə qədərki Şah dövrūnūn əsl şiəliyindən deyil.: “İndiki şiəlik, Xomeyni ideologiyası və Xamenei icraçılığında siyasiləşmiş şiəlikdir.

Fikir versəniz, bu şəbəkə ūzvlərinin bir çoxu ictimai-siyasi prosesləri politoliq kimi bilir, dinden siyasətə, siyasətdən dinə ustalıqla kecir. Əvvəl belə şey yox idi. Bu fərq araşdırılmalıdır.

Bu neo-şiəizmin də birinci əsas hədəfi hər zaman və hər yerdə azərbaycan türkçülüyünü, milli kimliyini, milli dövlətçiliyini vurub, əzib, sarsıdıb, zəiflədib yox etməkdir.

Biz isə burada hələ ki, bunların, ssenarisi İranda hazılanan "aşura" səhnə və yūrūşlərini seyr edirik. Bunların, zəncirvurma qadagasına hikkələrini sakitləşdirib başlarını sığallamaq ūçūn hələ bir qanvermə tədbiri də keçiririk... Amma, təhlūkənin içindəyik”.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar