
Hazırda yol polisi "Hummer”in sahibini axtarır
Moskva Dövlət Universitetitnin tələbəsi "Hummer”lə universitetin pilləkənlərini qalxaraq qapıyacan sürüb. Avtosfer.az criminal.az-a istinadən xəbər verir ki, "Hummer”in Universitet binasının pilləkənlərini qalxması ətrafdakıların hiddətinə səbəb olub. Bu azmış kimi "Hummer”in sahibi bu videonun internetdə də yayıb. Vətəndaşlar belə bir qudurğanlığın qarşısının alınması və ciddi tədbir görülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda Moskva yol polisi "Hummer”in sahibini axtarır.
[media=https://www.youtube.com/watch?time_continue=1&v=H35wKvfitgk]
/avtosfer.az/