
Şuşadan olan məcburi köçkün Mobil Aslanovu sosial problemlər, o cümlədən yaşamağa evinin, yeməyə çörəyinin olmaması çıxılmaz vəziyyətdə qoyub. Şəhid ailəsi olduğunu deyən Mobil Aslanov Azərbaycan vətəndaşlığından imtina edib, sığınacaq üçün xarici ölkə səfirliklərinə üz tutmaq istəyir. Hazırda Bərdə rayonu, Şirvanlı kənd orta məktəbində məskunlaşan Mobil Aslanov bu barədə redaksiyamıza göndərdiyi məktubunda yazır:
“Yaşayışım olduqca pisdir. Uzun illər ərzində müvəqqəti məskunlaşmaqdan cana doymuşam. Dolanışıq və gündəlik ehtiyaclarımı ödəmək iqtidarında da deyiləm. Bundan başqa, evsizlik məni olmazın əziyyətlərlə üz-üzə qoyub. Bununla bağlı əlaqədar dövlət qurumlarına etdiyim müraciətlər isə cavabsız qalıb. Şəhid ailəsi olmağım da kimsəni maraqlandırmayıb. Üzləşdiyim çətinliklərdən cana doyub ölkə vətəndaşlığından imtina edirəm. Almaniya səfirliyinə üz tutaraq, mənə sığınacaq verilməsini xahiş edirəm”.
azadliq.info