
Putinin etibarlı nümayəndəsi keçmiş baş nazirin qiyam hazırlaması barədə həyəcan təbili çalır
“Sentyabrın 18-19-da(18-də Dumaya seçkilər olacaq-S.L.) Rusiyada çevriliş və “Maydan” hazırlanır”. Bu ağlagəlməz iddia ilə öz Facebook səhifəsində 2012-ci ildə prezidentiyə namizəd V.Putinin etibarlı nümayəndəsi olmuş 5-ci çağırış(2007-20011-ci illər) Rusiya Dövlət Dumasının deputatı Sergey Markov çıxış edib. Qeyd edək ki, S.Markov hazırda RF İctimai Palatasının İctimai Diplomatiya və Xaricdəki Həmvətənlərə Dəstək üzrə komissiyasını sədr müavini olmaqla yanaşı, Siyasi Araşdırmalar İnstitutunun baş direktorudur.
“MSK-ya təzyiq etmək üçün güclü mitinqlər təşkil ediləcək...”
“Plana görə on minlərlə “PARNAS”(Rusiyanın sabiq baş naziri M.Kasyanovun rəhbərlik etdiyi Xalq Azadlıq Partiyası- S.L.) tərəfdarı Moskvaya seçkilərə gələcək. Burada onlar öz əqidədaşlarının mənzillərində yerləşdiriləcəklər. Sentyabrın 18-dən 19-a keçən gecə onlar Mərkəzi Seçki Komissiyasına təzyiq etmək üçün kütləvi mitinqlər təşk etməlidirlər. 19 sentyabrda isə seçkilərin saxtalaşdırılması əleyhinə böyük mitnq toplamalıdırlar”- deyə S.Markov yazır.
“Müxalifətçilər millətçi və bütpərəstlərdən ibarət zərbə dəstələri də hazırlayacaq”
Politoloqun sözlərinə görə, müxalifətçilər eyni zamanda rus millətçiləri və bütpərəstlərdən ibarət güclü zərbə dəstələri də yaradacaqlar.
“Xarici xüsusi xidmt orqanları ilə əməkdaşlıq etməyə hazır olan rus mllətçiləri az da olsa, var. Hazırda həlledici “toplanma nöqtəsi” siyasətçi və bloqer Vyaçeslav Maltsevdir. O, bu gün “PARNAS”-da ən məşhur adamdır”-deyə keçmiş deputat bəyan edib.
Ukraynanın “Azov” alayı da qiyama dəstək verəcək...
İctimai Palata üzvü rus millətçilərinin Ukraynada ruspərəst qüvvələrə qarşı vuruşan məşhur “Azov” alayı ilə bağlı olduğunu da iddia edir.
“Hazırda “Azov” Ukraynanın cənub-şərqində güclü hazırlıq keçir. “Azov” alayı artıq oliqarxların tabeliyindən və maliyyələşdirilməsindən uzaqlaşdırılıb və birbaşa amerikanlar tərəfindən idarə edilir. Böyük ehtimallara görə, “Azov”un bəzi döyüşçüləri Moskvada “PARNAS”-ın bazasında hazırlanan “Maydan” tipli çaxnaşmalarda iştirak edəcəklər” –deyə S.Markov yazır.
“Ən böyük təhlükə elitadan gəlir...”
Bununa belə, politoloq bəyan edib ki, Rusiya üçün başlıca təhlükə onlarla”Azov” döyüşçüsü, yaxud “faşist-bütpərəstlər” deyil, kütləvi mitinqlərdən yararlanaraq hakimiyyəti iflic etməyə hazır olan elita nümayəndələridir.
Xatırladaq ki, politoloq Sergey Markov Qarabağ cəbhəsindəki son aprel döyüşlərindən bəri Ermənistanın işğalçılığını qabartmaqla Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən, rəsmi Bakının mövqeyini dəstəkləyən və xalqı guya Rusiyanın dəstəyi ilə tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə inandırmağa çalışan çıxışlarıyla seçilir.
Sultan Laçın, moderator.az