Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Bakıda uşaq bağçasında asılmış kişi meyiti tapıldı

21-07-2016, 12:33   

Bakıda intihar hadisəsi baş verib.

"Qaynarinfo.Az" bildirir ki, Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Rüstəm Rüstəmov küçəsi 8 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən əvvəllər uşaq bağçası kimi fəaliyyət göstərmiş tikilinin 2-ci mərtəbəsində asılmış kişi meyiti aşkarlanıb.

Araşdırmalar zamanı intihar edən şəxsin rayon sakini, 1960-cı il təvəllüdlü Faiq Həqiqət oğlu Zeynalov olması müəyyən edilib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qaynarinfo.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar