Sizin Reklam Burada
Tel: 050 378-66-61

İlyas Əliyevin Federasiyasının "üzü ilə astarı" düz gəlməyən qəbzləri

7-06-2016, 11:09   
İlyas Əliyevin Federasiyasının "üzü ilə astarı" düz gəlməyən qəbzləri

Nyus.az internet portalının 02 iyun 2016 -cı il tarixli sayında təqdim olunmuş “İlyas Əliyevin federasiyasının siyasi orientasiyası şübhə doğurur” başlıqlı məqaləyə AHİK-in reaksiyası özünü çox ləngitmədi. Konfederasiyanın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi rəisinin imzasıyla redaksiyamıza ünvanlanan məktubda bizə xatırladılır ki, məlum yazının başlanğıcındakı həmkarlar ittifaqının tətilə çağırışı ilə bağlı bizim subyektiv fikirlərimiz heç bir əsasa söykənmədiyi nöqteyi-nəzərindən AHİK tərəfindən bölüşülmür. Redaksiya olaraq öz növbəmizdə bildiririk ki, həmkarlar ittifaqlarının ən sərt təsir vasitəsinin məhz tətil çağırışları olması hər hansı bir yazarın subyektiv fikri, təxəyyülünün məhsulu deyil, dünya təcrübəsidir.
Məqaləmizin guya heç bir fakta əsaslanmadığını, qərəzli və həm də cəfəngiyyat xarakterli olduğunu qeyd edən məktub müəllifi məqaləmizdə ehtiva olunan məqamlarla bağlı hansısa bir cavabın, yaxud dəqiqləşdirmənin ortaya qoyulmasını zəruri hesab etmədiklərini bildirmişdir. Bizi ölkənin ən böyük ictimai təşkilatının rəhbər şəxslərinin nüfuzuna kölgə salmaq cəhdində suçlayan Konfederasiyanın hörmətli press-attaşesinə xəfifcə xatırladırıq ki, hələ bizim redaksiyanın qapısı ağzında günahı bizdə görüb özünü yandıran olmayıb, amma Qarabağ qazisinin AHİK-in binası qarşısında canına qəsd etməsi çox da uzaq olmayan keçmişin hadisəsidir.
Bu ara redaksiyamıza "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının struktur vahidlərinin fəaliyyətindəki neqativ hallarla bağlı müfəssəl məlumatlar daxil olmuşdur. Həmin məlumatlara görə, Federasiya rəhbərliyi satılan göndərişlərdən, yığılan üzvlük haqlarından əldə etdiyi gəlirlə kifyətlənmir, oturduqları ofisin icarə haqqını da Səhiyyə İşçilərinin Həmkarlar İttifaqına ödətdirir. Bildirilir ki, Voleybol Federasiyasının kirayə haqqını ödəmək öhdəliyi də səhiyyə işçilərinin boynuna düşüb.
Hənçinin qeyd olunur ki, "Xidmət-İş" Hİ Federasiyasının rayon təşkilatları kağız üzərində Bakıda fəaliyyət göstərir. Əlbəttə, əgər buna fəaliyyət demək olarsa. Məsələn, Federasiyanın Göyçay rayonu üzrə müvafiq qurumunun sədri Təranə xanım faktiki Novxanıda "işləyir". Bir çox başqaları da eynən onun kimi fəliyyət göstərirlər. Bundan başqa, maliyyə pozuntuları, Hİ işçilərinin (əsasən təlimatçı vəzifəsi daşıyanların) heç bir vergi və sossial haqları ödəmədən qeyri-leqal fəaliyyət göstərməsi barədə də redaksiyamıza təfərrüatlı informasiya daxil olub. İkili mühasibatlıq əsasən həmkarlar təşkilatlarına üzvlük haqqı ödənilməsini təsdiqləyən mədaxil qəbzlərinə tətbiq olunur. Belə ki, çekin ödəyiciyə verilən surətinə 50, 30, 20 manat yazıldığı halda, eyni çekin alıcı təşkilatda qalacaaq surətinə 2-3 manat pul yazılır, arada uçotdan kənarda qalan fərq mənimsənilir. Bu metod o qədər adiləşib ki, hətta korrupsiya mexanizmini təkmilləşdirən fəndlər də icad olunub. Məsələn, rayon təşkilatları sədrlərinə möhürlü qəbzlər qalaqla verilir. Onlara iclaslarda açıq formada deyilir ki, "onsuz da sizin maliyyə qəbzlərini dürüst tərtib etmədiklərinizi bilirik, heç olmasa, hər çekə 2-3 manat yazıb ayda 50-100 manat idarəyə ödəyin, qalanı sizin olsun".
İrəliləyən saylarımızda Federasiyanın sıralarına təlimatçı vəzifəsinə işə düzəlməyin "səmimi şərtlər"ini açıqlayacaq, "üzü ilə astarı" düz gəlməyən qəbzlərə zərrəbin tutmağa çalışacağıq.
Nyus.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar