
İlham İsmayıl: «Şantaj xarakterli kontur-materiallar, nazirliyin binasında deyil, kənarda saxlanılır»
Son sayımızda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı daha bir maraqlı məlumat yaymışdıq. Məlumata görə, keçmiş nazir Eldar Mahmudov “vurulandan” 1 gün sonra nazirlikdə bir “QAZEL” sənəd məhv edilib. (Gununsesi.info)
Sənədlər nazirliyin Anti-Terror Mərkəzində otaqların birində qoyulan xüsusi aparatla kiçik hissələrə bölünərək, sıradan çıxarılıb. Sənədlərin məhv edilməsi Eldar Mahmudovun və onun dəstəsinin törətdiyi bir sıra qanunsuz əməllərin izini itirmək məqsədi güdüb və buna qismən nail olunub. Belə ki, mənbənin sözlərinə görə, Eldar Mahmudov işdən çıxarılandan bir gün sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları MTN-ə daxil olub. Ancaq onların gecikməsi Anti-Terror Mərkəzinin rəisi Elçin Quliyev və onun müavini Ilqar Əliyevə imkan verib ki, hakimiyyətdə olan ayrı-ayrı yüksək vəzifəli məmurlar, habelə, onların övladları ÿilə bağlı ÿsensasion kompromatları yox etsin. Anti-Terror Mərkəzinə daxil olan Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları otağın yarısına qədər sıradan çıxarılmış sənəd görüb. Məhz elə həmin günü ATM-in rəis müavini Ilqar Əliyevin həbsinə qərar verilib. Həmin materiallar o qədər çox olub ki, hətta onu MTN-dən çıxarmaq üçün “QAZEL” gətirilib.
Həmçinin, ATM rəhbərliyinin məhv etdiyi materiallar arasında disklər də olub. Mənbənin sözlərinə görə, həmin disklərdə bir sıra vəzifəli şəxslərin və onların övladlarının intim görüntüləri olub.ÿBu disklər arasında ölkənin iri şəhərlərindən birinin icra hakimiyyətinin başçısının da intim görüntüləri varmış.
ilham-ismayil
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, dövlət əhəmiyyətli materiallar nazirliyin özündə saxlanılır. Əgər materiallar dövlət səviyyəlidirsə, dövlətə məxsusdursa, yəni konkret olaraq şəxsi ambisiyalardan irəli gəlmirsə, bu tip materiallar adətən seyflərdə saxlanılır: “Bir qayda olaraq kontur-materiallar elə seyflərdə saxlanılır. Burada qanunsuz heç nə yoxdur. Yox, əgər bunlar şantaj xarakterli kontur-materiallardırsa, buna inanmayın ki, nazirliyin binasında saxlayarlar. Bu tip materiallar disklər şəkilində kənarda saxlanılır. Elə belə görünür ki, indiyə qədər də həmin o şantaj xarakterli materiallardan istifadə edilir”.
I.Ismayıl onu da bildirdi ki, əgər kontur-material şəxslə bağlı olursa və o matearialın yığılmasında məqsəd həmin şəxsi əməkdaşlığa cəlb etməkdirsə, bu materiallardan istifadə olunur. I.Ismayılın sözlərinə görə, bu normal metoddur: “Yox əgər əldə olunan məlumat hər hansı vəzifəli şəxsə, nazirlərə qarşıdırsa, həmin materiallar daha yüksək instansiyalara ötürülür. Əgər tədbir görmək MTN-in səlahiyyətindədirsə, bu həmin təşkilat edəcək. Yox əgər tədbir görmək MTN-in səlahiyyətindən kənardırsa, o zaman həmin materiallar prokurorluğa və ya başqa ünvanlara ötrülür”.