Sizin Reklam Burada
Tel: 050 378-66-61

Milyardlar necə milyonlara çevrildi

6-06-2016, 08:53   
Milyardlar necə milyonlara çevrildi
Bu il investisiya xərcləri 1.9 milyard manat proqnozlaşdırılıb

İnvestisiya xərcləri ilə bağlı açıqlanan məlumatlar hakimiyyətin apardığı yalançı təbliğatı alt-üst etdi

Baxmayaraq ki, dövlət başçısı və maliyyə naziri çıxışlarında sosial yönümlü xərclərdə heç bir azlmanın olmadığını bəyan etsə də, rəqəmlər başqa reallığı göstərir. Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması hökumətin investisiya xərclərinə də əl gəzdirməsinə səbəb oldu. Bu ilin dövlət büdcəsində investisiya xərcləri əvvəlki illərə nisbətən xeyli azalaraq 1.9 milyard manat səviyyəsində proqnozlaşdırılıb. Həmin vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsünə gəlincə, ən böyük pay Cənub Qaz Dəhlizinin payına düşürÿ(“Bizim Yol”).


Nazirlər Kabinetinin 2016-cı il 22 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş siyahısına görə, bu il enerji sektorundakı layihələrin davamlılığına daha çox üstünlük verilib. Beləliklə, hansı quruma və təşkilata büdcənin investisiya xərclərindən nə qədər pay düşüb?

Nəqliyyat sektoruna cəmi 70 milyon

Həmişə dövlət büdcəsindən böyük paya sahib olan və azı 1 milyard manatdan yuxarı investisiya portfelinə sahib olan Nəqliyyat Nazirliyinə bu il cəmiÿ70 milyon manat ayrılması proqnozlaşdırılıb. Həmin vəsait Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsinə sərf olunacaq. Qeyd edək ki, əvvəlki illərdə bu istiqamətdə 370 milyon manat vəsait xərclənib. Beləliklə, beynəlxalq limanın tikinti xərci 440 milyonu artıq haqlayıb.ÿ

Nəqliyyat, yol-infrastruktur xərclərinə ilk dəfə olaraq “Azəryolservis” ASC-yə də ayrıca olaraq ayrılması nəzərdə tutulub. Belə ki, 2015-ci ildə ASC-yə “xarici kreditlər hesabına maliyyələşən layihələrdə Azərbaycan tərəfinin payı” bölməsi üzrə 122.1 milyon manat xərclənməsi planlaşdırılır.ÿ

“Azərbaycan Dəmir Yollar” QCS üçün nəzərdə tutulan vəsait 175.2 milyon manatdır. Həmin vəsaitin böyük hissəsi xarici kreditlər hesabına maliyyələşən layihələrdə Azərbaycan tərəfinin payının maliyyələşdirilməsinə yönəldiləcək.ÿ

Kənd təsərrüfatı sektoru

Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinə 15 milyon manat ayrılması proqnozlaşdırılır ki, bu vəsait əsasən, qurumun obyektlərində təmir-tikinti işlərinə yönəldiləcək.

Nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin Idarə Edilməsi üzrə Dövlət Xidmətinə 23.5 mln manat yönəldilməsi nəzərdə tutulur. Həmin vəsait də xarici kreditlər hesabına maliyyələşən layihələrdə Azərbaycan tərəfinin payına yönəldiləcək.ÿ

Diqqət çəkən xərclərdən biri də Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ayrılan vəsaitlərdir. Bu xərc maddəsi ümumilikdə, 6.7 milyon manat proqnozlaşdırılıb. Həmin vəsaitin 5 milyonu Azərbaycan Dövlət Incəsənət Muzeyinin təmir-bərpasına yönəldilməsi diqqəti cəlb edir. Çünki bu muzeyin əsaslı təmiri bir neçə dəfə olub. Belə ki, 2007-ci ildə 7.7 milyon manat, 2011-ci ildə 4.5 milyon manat istifadə edilib. Artıq 2014-cü ildən başlayaraq, muzey yenidən əsaslı təmirə dayandırılıb. Bu istiqamətdə 2014-cü və 2016-cı illərin hərəsində 5 milyon manat olmaqla pul ayrılıb. Təəssüf ki, 2015-ci ilin rəqəmlərini əldə edə bilmədiyimizdən son 3 ildə tikintiyə çəkilən xərcləri tam göstərə bilmirik. ÿ

Səhiyyə və təhsil xərcləri birgə 35 milyon

Müxtəlif xəstəxana və laboratoriyaların təmir və tikintisi üçün Səhiyyə Nazirliyinə 28.9 milyon manat ayrılması proqnozlaşdırılıb. Təbii ki, burada da əsaslı təmiri və tikintisi illərlə davam edən bir neçə obyekt var.

Təhsil Nazirliyinə ayrılan investisiya xərcləri isə 5.4 milyon manat təşkil edəcək. Təbii ki, bu istiqamətdə əsaslı vəsait qoyuluşunun az olmasının başlıca səbəblərindən biri məktəb və uşaq bağçalarının təmir və tikintisinin yerli icra hakimiyyəti orqanlarının balansına verilməsidir.ÿ

Iqtisadiyyat Nazirliyinə 23.6 milyon manatlıq bir investisiya portfeli planlaşdırılıb. Həmin vəsaitin böyük hissəsi – 20 milyon manatı Sumqayıt “Kimya Sənaye Parkı”nın layihə-smeta sənədlərinin hazırlanması, ərazidə ekoloji monitorinqin aparılması, ekoloji təmizləmənin yerinə yetirilməsi, tikinti-bərpa işlərinin aparılması, elektrik yarımstansiyasının tikintisi, müvafiq infrastrukturun yaradılması ilə bağlı xərclərə yönəldiləcək.

Güc strukturları sektoru

Güc strukturları arasında Ədliyyə Nazirliyinin investisiya xərclərindəki payı 39 milyon manat təşkil edəcək. Bu xərclərin strukturuna bir sıra cəzaçəkmə müəssisələrinin, məhkəmə binalarının tikintisi və təmirinə yönəldiləcək.

Bu vəsaitlərin böyük hissəsi isə “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsi”ndə Azərbaycan tərəfinin payının maliyyələşdirilməsinə sərf ediləcək.

Digər güc strukturlarına – Daxili Işlər Nazirliyinə 8 milyon manat, Fövqəladə Hallar Nazirliyinə 8 milyon manat, Xüsusi Dövlət Mühafizə Xidmətinə 3.5 milyon manat və sair qurumlardan da ÿbüdcənin əsaslı vəsait qoyuluşunda payı var.

Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün isə eyni adlı Dövlət Komitəsinə 6 milyon manatdan çox pul ayrılması proqnozlaşdırılır.

Dövlətin təsərrüfat qurumlarına gəlincə, ən böyük pullar məhz bu istiqamətə yönəldilib.

Beləliklə, “Azərişıq” ASC-yə 30 milyon manat, “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 40 milyon manat, “Azərsu” ASC-yə 140 milyon manat ayrılması proqnozlaşdırılır.

“Azərkosmos” ASC 2 milyon manat, “Azəristiliktəchizat”ın isə payı 2 milyon manat olub.

Investisiya xərclərinin tam 1 milyard manatdan çoxunun Dövlət Neft Şirkətinin payına düşəcəyi proqnozlaşdırılır. Həmin vəsaitin strukturu isə belədir:

Cənub Qaz Dəhlizi layihəsində ARDNŞ vasitəsilə Azərbaycan tərəfinin iştirak payına 972,6 milyon manat;

“Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramları çərçivəsində nəzərdə tutulmuş qaz təchizatının yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsi məqsədilə isə Mərkəzi Bankdan alınmış kreditin qaytarılmasına 47.2 milyon manat;

Azot gübrəsi istehsalı zavodunun tikintisinə 10 milyon manat.

Burada diqqət çəkən bir neçə məqam var. Birincisi, Bakının və regionların iqtisadi-inkişafı məqsədilə rayon və kəndlərin qaz təchizatının yaxşılaşdırılması üçün ARDNŞ-in borclanmasıdır. Indi isə məlum olur ki, Dövlət Neft Şirkətinin Mərkəzi Bankdan bu məqsədlə götürdüyü kredit dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində ödəniləcək.

Başqa bir məqam isə Azot zavodunun smeta dəyərinin ildən-ilə artmasıdır. 2011-2016-cı illər ərzində layihənin dəyəri artıq 260 milyon manatı haqlayıb.

Bundan əlavə, siyahıda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 22 milyon manat;

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2 milyon manat;

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə 2 milyon manat;

Bakı Şəhər Icra Hakimiyyətinə 10 milyon manat; və s. qurumlara investisiya xərcləri ayrılıb.

Fantastik azalma

Maraqlıdır ki, ötən illərin analoji xərcləri ilə müqayisə aparsaq görərik ki, büdcədən ayrılan vəsaitlər kəskin azalıb. Məsələn, 2014-cü il dövlət büdcəsindən 5 milyard 260 milyon manatlıq əsaslı vəsait ayrılıb. Amma 2013-cü ildə bu vəsait 7 milyard manat olmuşdu. 2014-cü ildə büdcədən ən böyük pay Nəqliyyat Nazirliyinə məxsus olub. 2014-cü ildə Nəqliyyat Nazirliyinə 1 milyard 238 milyon manat, Gənclər və Idman Nazirliyinə 922,3 milyon manat ayrılması nəzərdə tutulub. Onlardan sonra ən böyük xərclər Bakı Şəhər Icra Hakimiyyətinə və Bakı Metropoliten Idarəsinə aiddir. Xərclərin bölgüsü isə aşağdakı kimidir:

Mədəniyyət və Turizm Nazirliyinə 140,3, Səhiyyə Nazirliyinə 98,3, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə 34,5, Təhsil Nazirliyinə 45,5, Kənd Təsərrüfatı Nazirliyinə 10,4, “Aqrolizinq”ə 10, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 9,5, Bakı Metropoliteni Idarəsinə 224, “Azərenerji” ASC-yə 92,2, “Bakıelektrikşəbəkə” ASC-yə 89,3, “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 210,1, “Azərsu” 394, 4 milyon manat nəzərdə tutulub.

Müqayisədən görünür ki, bu il ayrılan vəsait əvvəlki illərdən kəskin fərqlənir.

“Dövlətin investisiya xərclərinə vəsaiti artıq yoxdur”

nemet-eliyev1

İqtisadçı Nemət Əliyev bildirdi ki, bu bir daha təsdiqləyir ki, heç bir layihənin ixtisara salınmadığı ilə bağlı söylənən fikirlərin real həyatla heç bir bağlılığı yoxdur. Dövlətin maliyyə gəlirlərinin əhəmiyyətli dərəcədə azaldığını deyən N.Əliyev vurğuladı ki, dövlət qarşısına qoyduğu investisiya layihələrinin böyük bir hissəsindən yayınmalı olub: “Dövlətin sadəcə olaraq investisiya layihələrini reallaşdırmağa maliyyə vəsaiti yoxdur. Əgər biz büdcənin xərclər bölümünün son dörd aylıq yekununa nəzər yetirsək görərik ki, bu müddət ərzində büdcə xərclərinin tərkibində investisiya xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz azdır. Bu o deməkdir ki, dövlət faktiki olaraq ötən il həyata keçirdiyi layihələrin 75 faizini icra edə bilmir. Niyə? Çünki buna vəsait yoxdur. Təəssüflər olsun ki, büdcə siyasətində xərclərin bölüşdürülməsi ədalətli formada həyata keçirilmir. Prioritetlər üzrə bölgü təşkil olunmur. Ölkədə əmək qabiliyyətli əhalinin 40 faizinin çalışdığı aqrar sahəyə daha çox investisiya yatırımı etmək lazım gəldiyi halda, hökumət bura ən az məbləğdə maliyyə vəsaiti yatırır”.

N.Əliyev onu da bildirdi ki, emal sahələninin inkişafı qeyri-neft sektorunun inkişafı baxımından çox əhəmiyyətli və vacib olduğu halda, hökumət həmin sahələrin inkişafına diqqət yetirmir. Əksinə, prioritet sahələrə ən az pay ayrılır: “2008-ci ildən sonrakı dövrdə ölkənin nəqliyyat sektorunun inkişafına daha böyük pay ayrılmasına baxmayaraq, həmin sahələrdə tənənzülün qarşısını almaq mümkün olmayıb. Hökumət bu sahəyə yatırılan vəsaitin səmərə vermədiyini bilsə də, bu prosesi davam etdirib. Bu, kökündən yanlış siyasətdir. Bir halda ki, iri maliyyə vəsaitlərinin ayrılmasına baxmayaraq bir sahədə geriləmə davam edirsə, ən azı iki dəfə yatırım qiymətləndirməyə əsas verir. Belə çıxır ki, büdcə vəsaitlərini bu formada xərcləmə hökumətin özünün marağında olub”.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar