Sizin Reklam Burada
Tel: 050 378-66-61

Kərəm Həsənov məğlubiyyətin astanasında - təfsilat

31-05-2016, 09:17   
Kərəm Həsənov məğlubiyyətin astanasında - təfsilat

Kərəm Həsənov məğlubiyyətin astanasındaKomitə sədri səlahiyyətləri ilə yanaşı, mövqelərini də itirir

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov məğlubiyyətin astanasındadır. Politika.Az xəbər verir ki, bunu Prezidentin özəlləşdirmə ilə bağlı imzaladığı fərman da təsdiqləyir.

Belə ki, həmin fərmanla komitə sədrinin bütün səlahiyyətləri əlindən alınıb. Üstəlik, onu böyük özəlləşdirmə prosesinə də buraxmayıblar. Həmiçinin Kərəm Həsənova olan etimadsızlıq o həddə çatıb ki, daha vəzifələrə adam yerləşdirmək səlahiyyətlərindən də məhrum edilib.
Cənub bölgəsinə nəzarəti ələ keçirmək üçün xeyli müddətdir mübarizə aparan komitə sədri indiyə qədər iki rayonu nəzarətinə ala bilib. Onlardan biri Cəlilabaddır ki, Əziz Əzizov kimi adamını artıq xeyli müddətdir qoruya bilib. Digəri isə Əzizovun təqdimatı sayəsində vəzifə başına keçən qudası Rafil Hüseynovdur ki, onun da Masallıda hansı oyunlardan çıxdığı göz qabağındadır.

Amma Həsənovun hədəflərindən biri Lənkəran, digəri də Yardımlıydı. Yardımlı rayonu artıq əlindən çıxıb və Cavid Qurbanova məğlub olan komitə sədri, Lənkəran üçün da mübarizə aparmağa davam edir. Lakin onun Taleh Qaraşova güc gələ biləcəyi qəti inandırıcı görünmür.

Kərəm Həsənov, həmçinin yaxınlarının güdazına getməkdədir. Onun qohumları Cənub bölgəsində at oynadır, qanunsuzluqlara imza atırlar. Elə bu səbəbdəndir ki, ötən günlərdə komitə sədrinin yaxın qohumları mətbuata açıqlama verərək, Cəlilabadın «Dayımız Kərəm Həsənova məxsus» olduğunu bildiriblər. Əslində, bu kifayət qədər qalmaqala səbəb olan haldır və böyük ehtimalla Həsənovun sıradan çıxarılması zamanı istifadə olunacaq.
Qeyd edək ki, Kərəm Həsənov təkcə səlahiyyətlərini deyil, mövqelərini də itirməyə başlayıb. Ona olan güvənsizlik isə MTN olayından sonra start götürüb. Eldar Mahmudovla şərikli biznesə malik olması, qardaşını ləğv olunmuş nazirlikdə şöbə müdiri gətirməsi, habelə sabiq nazirin sayəsində bir başqa qardaşı Malik Həsənovu deputat etdirə bilməsi yekunda onun əleyhinə işləməyə başlayıb.

Politika.Az xəbər verir ki, hadisələrin gedişatı Kərəm Həsənov üçün daha təhlükəli məqamlar vəd edir. Çünki Prezidentin imzaladığı fərmanda son iki ayda həyata keçirilmiş özələşdirmə ilə bağlı məlumatların da dövlət başçısına təqdim olunması tələb edilir. Bu isə həyata keçirilmiş maxinasiyaların üzərinin açılması deməkdir. Üstəlik, həmin işlərin üzərinin açılması komitə sədrinin görülən işlərə görə, alınmış pulların da batması anlamına gəlir. Yəni, həmin özəlləşdirmə zamanı qarşı tərəfdən alınan pulların geri qaytarılması zərurəti meydana çıxacaq. Həmçinin alınan pulların üzəri açılacağı təqdirdə Prezidentin də onu cəzalandıracağı şübhəsizdir.

Məsələ ilə bağlı geniş araşdırmamız davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar