Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bəylər Əyyubovun biznesi zəfiləyib... - 35 faizlik geriləmə

29-05-2016, 09:54   
Bəylər Əyyubovun biznesi zəfiləyib... - 35 faizlik geriləmə
Bu ilin birinci rübündə Ekvadordan Azərbaycana 4371,5 ton banan gətirilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 35% azdır.

Həcmin azalmasının səbəbləri açıqlanmır. Ekspertlər ehtimal edirlər ki, bunun əsas səbəbi toy mərasimlərinin sayının azalmasıdır. Belə ki, əgər 2015-ci ilin yanvar-mart aylarında 17 min nikah qeydə alınmışdısa, bu ilin həmin dövründə 14,2 min nikah qeydə alınıb. Banan Azərbaycan toylarında meyvə desertinin ayrılmaz hissəsidir. Bundan əlavə, əhalinin alıcılıq qabiliyyəti də zəifləyib. Hazırda bananın pərakəndə qiyməti 1 kiloqrama görə 3 manata yaxındır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, birinci rübdə bananın idxalına 4 mln. ABŞ dollarına yaxın xərclənib ki, bu da 2015-ci ilin müfaviq dövründə olduğundan $2,4 mln. azdır.

Qeyd edək ki, digər tropik bitkilər kimi banan da inhisar obyektidir. Onun idxalı ilə Britaniya kapitallı “Asadov Capital” şirkəti məşğul olur.

2015-ci ildə Azərbaycana banan idxalı 19,6 min ton ($18,3 mln.) təşkil edib.
bu gün Azərbaycanda banan idxalı biznesi general Bəylər Əyyubovun nəzarəti altındadır. Bu da o deməkdir ki, general son aylarda kasıblamış durumdadır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar