Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Arzu Rəhimov Lənkərandakı adamını yoxlatdırır: Ortaya ciddi qanun pozuntuları çıxıb...

27-05-2016, 10:26   

Arzu Rəhimov Lənkərandakı adamını yoxlatdırır: Ortaya ciddi qanun pozuntuları çıxıb...
Arzu Rəhimov Lənkərandakı adamını yoxlatdırır: Ortaya ciddi qanun pozuntuları çıxıb...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsində özbaşınalıq hökm sürür. Bu özbaşınalıq o həddədir ki, artıq rəsmi dairələr belə bunlara dözmək niyyətində deyil.
Savash.org-un özəl mənbələr vasitəsilə əldə etdiyi məlumatda bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsinin fəaliyyətində ciddi qanun pozuntuları və maliyyə yeyintiləri aşkarlanıb. Belə ki, bir müddət öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daxili Təhqiqat İdarəsi burada yoxlamalara start verib, ortaya çıxan mənzərə isə heç də ürəkaçan olmayıb.
Əlimizdə aşkarlanan pozuntu və qanunsuzluqlarla bağlı müəyyən bilgilər var, sadəcə olaraq əməkdaşlarımız hazırda həmin faktlarla bağlı son dəqiqləşmələr aparır. Araşdırmalarımız yekunlaşdıqdan sonra isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsində yaşanan rüsvayçı olaylarla bağlı şok yaradacaq məqaləni oxucuların diqqətinə çatdıracağıq.
Daxil olan informasiyaya görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsinin rəisi Faiq Əmirov işin içindən çıxmaq üçün fəaliyyətə keçib və malik olduğu əlaqələr hesabına yoxlamaların nəticələrini ört-basdır etməyə çalışır.
Xatırladaq ki, Lənkəran Hərbi Komissarı Faiq Əmirov bir müddət əvvəl bu vəzifəyə təyin olunub və onun adı mütəmadi olaraq bir sıra arzuolunmaz oalylarda hallandırılıb..
Mövzuya qayıdacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar