Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Binəqədidəki yanğından 1 il ötdü, həmişəki kimi 10-cu dərəcli adamlar məsuliyyətə cəlb olundu

19-05-2016, 08:23   
Binəqədidəki yanğından 1 il ötdü, həmişəki kimi 10-cu dərəcli adamlar  məsuliyyətə cəlb olundu
19may2015Amma günahkarlar hələ də azadlıqda yanğın törədir

Bu ölkədə böyük adamların törətdiyi böyük cinayətlər həmişə cəzasız qalır. Kiçik adamlarınn törətdiyi kiçik cinayətlər isə böyüdülür. Bir il əvvəl, mayın 19-da Bakının Binəqədi qəsəbəsində dəhşətli yanğın hadisəsi baş verdi və bu yanğın nəticəsində 15 nəfər həlak oldu, 50 nəfər isə xəsarət aldı. Həlak olanlar arasında azyaşlı uşaqlar da var idi. 3-5 yaşlarında olan uşaqlar da acgözlüyün, korrupsiyanın, biganəliyin, məsuliyyətisizliyin qurbanına çevrildi.

Bu hadisə cəmiyyətdə böyük səs-küy yaratdı, insanlar yanmış binanın qarşısına axışdırlar, binanın önünə qələnfillər, müxtəlif əşyalar qoyuldu. Bir sözlə, hökumətdən fərqli olaraq xalq qeyri-rəsmi matəm elan etdi. Bu hadisə hamıya pis təsir etmişdi, kimlərinsə milyonlar qazanması üçün 15 insan həyatını itirmişdi. Həm də dəfələrlə mətbuatda yazılmşdı ki, binalara vurulan penoplast üzlüklər təhlükəlidir. Amma bütün bunlar heç kimə maraqlı olmadı və binaları üzləməyə davam etdilər. Nəticə isə göz qabağındadı. Həmişəki kimi 10-cu dərəcli adamlar məsuliyyətə cəlb olundu. Bəli, faciənin baş verməsinəÿgörəÿ”Poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müaviniÿ Ələkbər ÿƏsgərov, 2012-2013-cü illərdəÿ Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiriÿ Ədalət Rəcəbov vəÿ Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov günahkar bilinib və ÿhəbs olundu. Aylarla davam edən istintaq yekunlaşsa da, mənitiqi sonluğuna çatmadı.

Həmin üzlükləri ölkəyə gətirənlər, o üzlüklərin vurulmasına sertifikat verənlər, bu işdən milyonlar qazananlar azadlıqda “fəaliyyət”lərini davam etdirdilər. 15 nəfərin ölümü, prezidentin nəzarəti əsl cinayətkarların cəzalanmasına xidmət edə bilmədi. Həm insanların həyatı məhv oldu, həm dövlətin maliyyəsi talan edildi, amma bunun cəzasını hansısa JEK müdiri, icra hakimiyyətinin sabiq işçisi çəkdi.

Indi bu faciəli hadisənin bir ili tamam olur. Müxalifətçiləri etmədikləri əmələ görə şərləyib həbs edənlər, həqiqi cinayətkarları cəzalandıra bilmirlər.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, bu hadisə ilə “MTN işi” arasında ciddi əlaqə var. Bu əlaqənin konkret nədən ibarət olduğu bəlli deyil. Lakin həmin ərəfədə keçmiş MTN şefi Eldar Mahmudovun qudası, hazırda həbsdə olan Cahangir Hacıyevlə bağlı müəyyən proseslər baş verirdi. Söhbət Beynəlxalq Bank ətrafında yaranmış “kredit qalmaqalı”ndan gedir. Cahangir Hacıyev də bu qalmaqalla əlaqədar həbs olunub.

Bundan başqa, iddia olunurdu ki, yanğın hadisəsinə görə həbs olunanlar, xüsusilə binaların üzlənməsini həyata keçirən “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov istintaqa kifayət qədər ilginc faktlar açıqlayıb. Bunlar hələ təsdiqini tapmamış məlumatlardır.

Hər halda bir daha təsdiq olunur ki, bu ölkədə heç bir vətəndaşın sığortası yoxdur, ədalət umulacaq heç bir qurum fəaliyyət göstəmir. Bu ölkədə insan həyatının nə qədər ucuz olduğu, vətəndaşın nə qədər dəyərsiz olduğu bu yanğına verilən reaksiyadan da aydın göründü. Hələ də günahkarlar azadlıqda yanğın törədir. Beləliklə, daha bir cinayət unutdurulur, daha bir korrupsiyanın üstü basdırılır, prezidentin nəzarətə götürdüyü daha bir iş tarixə qovuşur.

Allah bu yanğında həlak olanlara rəhmət eləsin, yanğının səbəbkarları isə yalnız lənətə layiqdir. Bir daha aydın olur ki, normal hökumətin olmadığı ölkədə siyasətə qarışmayanlar da potensial qurbandı və onların da qanı batırılır.

Samir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar