Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Müslümov bu işçisinə mütləq əncam çəkməlidir - ŞİKAYƏT VAR

17-05-2016, 19:35   
Müslümov bu işçisinə mütləq əncam çəkməlidir - ŞİKAYƏT VAR

DİA.AZ: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına, Azərbaycan Respublikasının baş Prokurorluğuna, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya şikayət edən Kürdəmir sakini müraciətinin DİA.AZ-a daxil olan mətnində deyir:

"Hamının məlumatı olduğu kimi ölkə başçısının məlum fərmanı ilə ünvanlı sosial yardım avtomatlaşdırıldı. Və nazirilik bununla da rüşvətin aradan qalxdığını zənn etdi. Burda ən maraqlı nüans odur ki, Kürdəmir rayon əhalinin sosial müdafiəsi mərkəzindən ardı kəsilməyən şikayətlərin olmasına baxmayaraq nazirlik hər dəfə konkret fakt istəyir. Cənab Səlim Müslümov, bəyəm təqdim etdiyimiz faktlar yetərli deyil????
Keçək əsas mətləbə. Kürdəmir rayon əhalinin sosial müdafiəsi mərkəzində Asif Abdullayevin bilavasitə diqtəsi ilə işçilərinə konkret tapşırıq verir ki, kimə sosial yardım təyin olunursa həmin şəxslərdən məcburi qaydada pul tələb etsinlər. Xüsusile bu sahədə Arzum Həmidov, Nemət İsmayılov, Ramin Mürsəlov, Hamil Hidayətov və digərləri sosial yardım təyin olunan vətəndaşları mərkəzə dəvət edərək onlardan rüşvət tələb edirlər. Bildirirlər ki, sizin işinizi biz düzəltmişik 3,4 və ya 5 ayın sosial yardımın verməlisən. "Bu günün sabahı var", yaxud da "sosial yardımınızı " kəsəcəyik sözləri ilə hədələyərək pullarnı əlllərindən alırlar. Acınacaqlısı odur ki, qanunlardan xəbərsiz olan vətəndaşlar onların təklifi ilə razılaşmalı olur. Dəfələrl ə nazir Səlim Müslümova və nazirliyin yüksək vəzifəli şəxslərinə müraciətlərin olunmasına baxmayaraq heç bir nəticə yoxdur. Belə çıxır ki , Asif Abdullayev və onun işçilərinin havadarı nazirliyin yüksək vəzifəli şəxlərdir ki, şikayətləri gözardı edirlər".

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Bu idarə daxilində etik normalar gözlənilmir". Qarşı tərəfi də dinləməyə hazırıq...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar