
Ziya Məmmədovun keçmiş müşaviri qohumunu tutdurub
Vəkil Adəm Məmmədov daha bir qalmaqallı işlə bağlı müqavilə bağlayıb. Bu haqda hüquqşünas özü məlumat verib.
O, qeyd edib ki, müvəkkili Əhmədov Rövşən heç bir əsas olmadan 10 gündən artıqdir ki, Daxili Işlər Nazirliyinin müvafiq baş idarəsində saxlanılır.
“Sifarişçi nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri və departament rəhbəri olub. Tutdurmağa cəhd etdiyi qohmunu 50 kq ağırlığında qızıl əşyanı ələ keçirməkdə ittiham edir.
“Ittiham olunan şəxsin öz çəkisi isə 50 kq-dan bir az çox olar”, – deyə vəkil əlavə edib.
Məlumatda adı keçən müşavirin kimliyi bəlli olub. Virtualaz.orgun məlumatına görə, o, Nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxşıyevdir.
Çingiz Baxşıyev bu vəzifəyə 2014-cü ilin yanvar ayında təyin olunub. Bundan əvvəl isə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi vəzifəsində işləyib.
Şikayətçi olduğu Rövşən Əhmədovla qohumdurlar və bu qohumluq əlaqələrinə görə Rövşən Əhmədov 2013-cü ilin axırlarına kimi Çingiz Baxşıyevin rəis olduğu xidmətdə işləyib.
Rövşən Əhmədov Çingiz Baxşıyevin şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin əməkdaşları tərəfindən aprel ayının 4-də saxlanılıb. Hazırda həbsdədir.
Oğurlandığı iddia olunan isə dəyəri 400 min dollar dəyərində qiymətləndirilən qızıl sikkələr olub.
Çingiz Baxşıyev 4 ay əvvəl nəqliyyat nazirinin müşaviri vəzifəsindən çıxıbmış. O, 14 il Almaniyada yaşayıb. Həm də uzun illər avtomobil biznesi ilə məşğul olub.