
Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evi dağıdılıb.
Bunu Report-a açıqlamasında Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
O bildirib ki, ziyan dəyən 15 yaşayış evi rayonun Qaradağlı kəndində, 2 yaşayış evi şəhərin mərkəzində, digər yaşayış evləri isə Seyidimli və Şirxah kəndlərindədir:
"Hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir".