
Ölkə başçısının bölgələrin sosial problemlərinin həllinə verdiyi də dəstək, diqqət və qayğı təəssüf ki, bəzi məmurlar tərəfindən icra olunmur. Əksinə aparılan inkşaf siyasətinə mane olan Onlar qanunlara və qaydalara məhəl qoymadan rəhbəri olduqları dövlət müəssisələrinin şəxsi obyektləri kimi idarə edir və bu mənada böyük narazı kütlə formalaşdırırlar. Bəzi məmurlar öz şəxsi maraqlarını ölkə başçısının ciddi tapşırıqlarından üstün tutmaqda davam edirlər. Bu mənada Tərtər rayon səhiyyəsinin başında duranlar misal göstərilə bilər ki, bu da daha ciddi problemlərin varlığından xəbər verir. İnsanların sağlamlığı eləcədə həyatları tapşırılan sahədə yaranan çatışmazlıqlar və nöqsanlar tərtərlilərin ən narahat olduğu gerçəkliklərdən biridir. Amma rayon səhiyyə ocaqlarının başında duran şəxsin yarıtmaz fəaliyyətinə hələ ki dur deyən tapılmır. Apardığımız araşdırmalar bir daha baş verən hadisələrin yaratdığı narazılıqların haqlı olduğunu təsqid edir. Belə ki rayonun EVOĞLU kənd icra nümayəndəsi Elçin Mahmudovun həyat yoldaşı Şəfiqə Əzimova ilə bağlı faktların araşdırılması üzrə işlər sona çatmaqdadır ki, qısada olsa bununla bağlı cəmiyyəti məlumatlandırmaq borcumuzdur. Tərtər MRX-nın S.Kərimov adına Evoğlu kənd həkim məntəqəsi ilə bağlı faktları araşdığımız zaman aydın oldu ki, Şəfiqə Əzimova məntəqənin baş həkimi kimi heç bir sakinin dərdinə qulaq asmır heç bir xəstəni vaxtında qəbul etmir.
Tərtər səhiyyəsi reanimasiyadadır
Xatırladım ki, Evoğlu kənd həkim məntəqəsinin təyinatı - Ümumi təyinatlı tibbi xidmət, xəstə tutumu - 70 nəfərdir. Məntəqə müdiri- Əzimova Şəfiqə Rəşid qızıdır. Məntəqədə işçilərin sayı - 25 nəfər, həkimlərin sayı - 4 nəfər, orta tibb işçilərin sayı - 12 nəfərdir.
Tərtər səhiyyəsi reanimasiyadadır
Maraqlı faktlardan biri odur ki, dövlət tərəfindən ayrılan məvaciblərin qeyri qanuni adı iş cədvəlində gedən amma özünün xaricdə yaşdığı bilinən şəxslərin adlarına yazılır. Bundan başqa Şəfiqə Əzimovanın bacısnın məhs bu məntəqədə tibb bacısı kimi adının yazılması amma özünün rusiyada yaşaması danılmaz həqiqətdir. Bu faktı təbbi ki, Şəfiqə Əzimova inkar edəcək. Çünki hal-hazırda bacısı Tərtər rayonundadır və az bir müddətdir qonaq gəlib. Və onun bu gəlişi heç də iş yerinin tanıdığı anlamına gəlmir. Günümüzdə xəstəliklərin artdığını nəzərə alsaq tibb məntəqələrinin daim iş saatlarının aktiv halda olması gərəkən zaman bu kəndin tibb məntəqəsi deaktiv haldadır. Saat 12:00-dan 16:00 qədər Tərtər MRX-nın S.Kərimov adına Evoğlu kənd həkim məntəqəsinin qarşısında gözləsəkdə məntəqəyə gələn birdənədə olsun işçi görmədik. Baxmayaraq ki, iş günü və iş saatları bəlli olan vaxtda bizim əmədaşlarımız həmin tibb məntəqəsində olmuş və yerindəcə araşdırdıqda məlum olmuşdur ki, ümumilikdə bu kəndin tibb mənəqəsi hər iş gün bu cür istirahət etməkdədir.
Tərtər səhiyyəsi reanimasiyadadır
Yuxarıda qeyd etdiyimiz rəsmi rəqəmlərin həqiqəti əks etdirmədiyini ilk baxışda anlamaq çətin deyil. İş saatında işçilərin yoxluğu və tibb məntəqəsinin binası heçdə göstəricilərlə üst-üstə düşmür. Bir məntəqədə o qədər işçinin birini görsəydik bəlkə az da olsa təsəlli tapmış olardıq. Təsssüf ki, saatlarla gözləsək də arzumuz çin olmadı.
Üzümüzü tutub Tərtər rayon Mərkəzi xəstəxanasının baş həkimindən soruşmaq istəyirik məgər bu tibb məntəqələri sizin tabeçiliyinizdə deyilmi...? Bu qədər öz başınalıqların baş verməsinə necə göz yumursunuz. Yəqin həkim olmaq üçün içdiyiniz andın mahiyyətini hələ anlamış deyilsiniz cənab baş həkim. Qanunlar isə başqa yol qoyur sizin üçün. Bu zaman Hipokrat müəllimin də andına sadiq olmamağınız və ya olmağınız sizin qanunsuz əməllərinizi sığortalamayacaq.
Əslində sorğumuzu Hörmətli Səhiyyə naziri Oktay Şirəliyevə ünvanlamalı idik. Axı səhiyyəmizin inkşafına məsul şəxs olan cənab nazirin, qanunsuz fəaliyyəti ilə narazı kütlə formalaşdıran, Tərtər rayon səhiyyə ocaqlarınnı öz istəkləri ilə idarə edən baş həkimi qanunların əli ilə cəzalandırmaq səlahiyyəti vardır. Biz ümid edirik ki, yazılan həqiqətlər cənab nazirimizin diqqətindən yayınmayacaq və səhiyyəmizə qara ləkə olmağa çalışanlar ən ağır cəzalarını alacaqlar.
Redaksiya yazıda adı keçən hər bir şəxsin və qurumun münasibətini dərc etməyə hazırdır..