
Hesabat yığıncağını tez-tələsik yekunlaşdıran Vaqif Abdullayev əhali ilə görüşməkdən imtina edib
Beyləqanın icra başçısı fevralın 19-da İcra Hakimiyyətinin binasında keçirilən hesabat yığıncağını tez-tələsik bitirərək, arxa qapıdan çıxıb gedib. Bu barədə məlumatı BTV.AZ yayıb.
JAM.AZ sözügedən sayta istinadən xəbər verir ki, Vaqif Abdullayev binanın önündə xeyli sayda şikayətçinin toplaşdığından xəbər tutan kimi, onlarla görüşməmək üçün İcra Hakimiyyətinin binasını arxa qapıdan tərk edərək, qaçıb.
Qeyd edək ki, həmin vaxt binanın önündə olan BTV-nin əməkdaşları şikayətə gəlmiş sakinləri dinləyib. [media=https://www.youtube.com/watch?v=NMEQKPbE7hA]