
Manatın “üzən məzənnəyə” keçməsindən dərhal sonra ölkədə vəziyyət dəyişib. Cumhuriyyet.az avtosfer.az-a istinadən xəbər verir ki, artıq yanacaqdoldurma məntəqələrində (YDM) də qiymətlər bahalaşıb.
Şahidlərin sözlərinə görə, əksər YDM-lərdə bir litr dizelin qiyməti 68 qəpiyə qaldırılıb. Bu təqribən 8 qəpik bahalaşma deməkdir. İddiaya görə, əksər YDM-lərdə belə xəbər yayılıb ki, bu həftə içində enerji daşıyıcılarının da qiymətləri artıralacaq.
“Azpetrol”dan “İnteraz”a bildiriblər ki, heç bir qiymət artımı baş verməyib. Hələ də dizel 0,60 qəpik, ai 92 0,70 qəpiyə satılır.