
Partiya sədri Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş şefi Eldar Mahmudovun siyasi partiyalar və mediadan ibarət şəbəkə qurduğunu deyir
Bu barədə gün.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri (MMP) Hafiz Hacıyev bildirib ki, E.Mahmudov bu şəbəkəni özünün dövlət çevrilişi planları üçün yaratmışdı:
“Mən aylar-illər əvvəl verdiyim müsahibələrdə MTN-dən, Eldar Mahmudovdan gələcək təhlükələrlə bağlı siqnallar verirdim.
Açıq görürdüm ki, bu adam çox şişib və onun davranışları dövlət çevrilişinə hazırlaşan adamın hərəkətlərindən fərqlənmir.
Eldar Mahmudov bu məqsədlə bəzi partiya sədrlərini, deputatları, bəzi mətbuat orqanlarını öz şəbəkəsinə cəlb eləmişdi.
Mən çəkinmirəm, deyə bilərəm ki, Azərbaycanda partiya sədrləri arasında Eldar Mahmudovun bir nömrəli adamı İqbal Ağazadədir.
Yaxşı ki, onun bu hərəkətləri vaxtında üzə çıxdı və onun yenidən Milli Məclisə seçilməsi mümkün olmadı.
Mətbuata gəldikdə isə, mənim jurnalistlərə hörmətim var, hansısa qəzetin-saytın adını çəkmək istəmirəm, dövlət qurumları hər halda onları müəyyənləşdirb.
Təəssüf edirəm ki, özünü zahirdə hakimiyyətin dəstəkçisi kimi göstərib, əslində Eldar Mahmudovun əlində alətə çevrilmiş deputatlar da var.
Hesab edirəm ki, Eldar Mahmudov bu hərəkətləri özbaşına etməyib, onun da öz “Xaç atası” var.
Əminəm ki, prezident də onlar barəsində qəti tədbirlər görəcək”.
AzFakt.com