
Sabiq xarici işlər naziri, Elçibəy komandasının tanınmış nümayəndəsi Tofiq Qasımovun son fotosu yayılıb. Uzun müddətdir ki, ölkə ictimaiyyətindən, mediadan, o cümlədən də yaşadığı Avropadakı mühacirlərimizdən gen gəzən sabiq naziri görüntüləmək mümkün olub. Bu barədə Müsavat Partiyasının mühacirətdəki üzvləri məlumat yayıblar. Partiyanın mühacirətdəki üzvü Əbülfəz Səfərəli musavat.com-un təqdim etdiyi bu fotonu və aşağıdakı statusu paylaşıb.
"Bu gün xoş təsadüf nəticəsində keçmiş Xarici İşlər nazirimiz Tofiq Qasımov ilə rastlaşdıq. Xeyli dəyişsə də tanımaq çətin olmadı. Bir az dərdləşdik. Bu təsadüfdən o da çox sevindi, biz də".
Musavat.com hesab edir ki, bu foto tarix və oxucular üçün maraqlı olacaq.
Qeyd edək ki, Tofiq Qasımov xeyli müddətdir İsveçrənin Lütsern şəhərində ailəsi ilə birlikdə yaşayır.
Musavat.com