
Ərin həyat yoldaşına etdiyi zarafat acı sonluqla başa çatıb.
ANS PRESS-in məlumatına görə, mətbəxdə yemək hazırlayan arvadına arxadan yaxınlaşaraq zarafat etmək istəyən ər bir anda qorxuya düşən həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Belə ki, Abdil Ş. mətbəxdə yemək hazırlayan yoldaşına arxadan yaxınlaşıb. Qəfildən səslənərək zarafat etmək istəyib. Bu an Selda Ş. bir anlıq qorxuya düşərək əlindəki bıçaqla ərini bıçaqlayıb.
Qarınından aldığı bıçaq zərbəsi ilə yüngül yaralanan Abdil Ş. təcili yardımla Nevşehir Dövlət Xəstəxanasına aparılıb. İlkin yardımdan sonra o evə buraxılıb.
Selda polisdə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.