Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Müğənni Ayanın videosu yayıldı - Şok video

26-04-2015, 12:43   

[media=https://www.youtube.com/watch?v=Y1V3OQKLYfg]
"Xəzər" telekanalında yayımlanan "Qaraoki" verilişinin növbəti yarışmaçıları məşhur simalar olub.

Axşam.az-ın məlumatına görə, tanınmışlar arasında müğənni Ayan Babakişiyeva da yer alıb. İçərisi ilan və digər vəhşi heyvanlarla dolu şüşəyə salınan sənətçinin halı pisləşib.

Təəssüratlarını əməkdaşımızla bölüşən A.Babakişiyeva çətin anlar yaşadığını bildirib:

"Şüşənin içərisi suyla dolu idi. Əvvəlcə başqa heyvan, ardından isə piton ilan atdılar. Qorxudan necə qışqırırdımsa... Rəngim ağarmışdı. Dəhşətli anlar idi. İlan ayağıma dolanmışdı. Şüşədən çıxandan sonra ayaqüstə dayana bilmirdim. Təcili yardımın işçiləri orda idilər, kömək etdilər".

Qeyd edək ki, verilişin sözügedən buraxılışı mayın 3-də yayımlanacaq.

A.Babakişiyevanın həmin an lentə alınan görüntülərini təqdim edirik:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar