Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nazpərinin qolunu qandallayıb həbsə ...

10-04-2015, 20:56   

“Nazpəri Dostəliyeva mənə borclu olduğu 20 min manatı ötən həftə ödəyəcəyinə söz versə də, əməl etmədi. Nərimanov rayonunun məhkəmə icraçısı Elgiz Qəmbərov bu işə laqeyd yanaşır. Vəkilim Pərviz Nazpəriyə satıldı".

Bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti İlhamə Quliyeva deyib. O, xalq artisti Nazpəri Dostəliyevanın həbsini istəyir:
“Hazırki vəziyyəti başa düşə bilmirəm. Niyə görə hələ də Nazpəridən pulu almırlar? Məhkəmə qərar çıxarıb, bu insana ödəniş üçün vaxt qoyulub. Müddət bitsə də, pul gəlməyib. “Yoxumdur” deyib ağlayır. Yalan danışır, onun hər şeyi var. Tələb edirəm, ya evi, ya avtomobili müsadirə olunsun, ya da qolunu qandallayıb həbsə salsınlar. Vəkilim Nazpəriyə satıldığı üçün onu dəyişdim. Hazırda Gülnarə adlı vəkillə çalışıram. Nərimanov rayon məhkəməsinə bazar ertəsinə kimi vaxt verirəm: ya pulu alıb mənə gətirsinlər, ya da ANS-in efirinə çıxıb bu işdə məni aldadan hər kəsi biabır edəcəm. Mənim şərəf və ləyaqətim təhqir olunub, Nazpəri bunu ödəməlidir. O pulu gözləyənlər var. Bu haqda sonuncu dəfə danışıram. Pul qaytarılsın. Xalq artisti kimi ölkə başçısına müraciət edəcəm ki, hüququmu tapdalayırlar”.

Xatırladaq ki, ötən il iyulun 23-də Ali Məhkəmədə xalq artisti N. Dostəliyevanın xalq artisti İlhamə Quliyevaya qarşı kassasiya şikayətinə baxılıb. Məhkəmənin qərarına əsasən, N. Dostəliyeva İ. Quliyevaya 25 min manat təzminat ödəməlidir. N.Dostəliyeva indiyədək məbləğin 5 min manatını ödəyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar