Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məşhurun villası zooparka dönüb

10-04-2015, 13:57   

Heyvanların əksəriyyətini yaxından görmək üçün hansısa zooparka yox, elə Meksikalı aktrisa, rejissor və prodüser Salma Hayeekin malikanəsinə getmək kifayətdir.

Pişik, it, balıq, lama, at, tutuquşu sahibi olan Salma bu dəfə instagramda paylaşdığı maraqlı video ilə diqqətləri öz üzərinə çəkməyi bacarıb.

Görüntülərdə Salma Hayeekin it və tutuquşuların əhatəsində olduğu əksini tapır. Xoşbəxt görünən aktrisa heyvanların onu stress, əsəb və gərginlikdən qurtardığını bildirir.

Qeyd edək ki, Salma Hayekin malikanəsində 50-dək heyvan saxladığı deyilir. Hətta saxladığı heyvanlara görə qonşuları ilə problem yaşayan Salma heç kimə və heç nəyə görə bu heyvanlardan ayrılmaq fikrində olmadığını bildirir.//atv.az[media=https://www.youtube.com/watch?v=I9fQ6AU1k6c]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar