Xasıyev qardaşları pərəstişkarlarını sevindirməkdə davam edir
"Bico" qurupu N-1 yarışmasından Azərbaycan tamaşaçısına və dinləyicisinə kifayət qədər tanışdı. Qurup təmsilçiləri olan Səməd və Elay Xasıyev qardaşları ayrı-ayrılıqda "Xaq ulduzu" yarışmasında da populiyarlıq qazanmış sənətçilərdi. Təbii ki, onların istedadları baxımlı televiziya verilişlərinin yaradıcıları tərəfindən də diqqətdə saxlanılır və mütəmadi olaraq efirlərə dəvət olunurlar. Azərbaycan Dövlət İncəsənət Universitetinin "Musiqili komediya teatrı aktyoru" fakultəsini bitirmiş qardaşlar öz ixtisasları üzrə fəaliyyətlərini davam etdirməklə yanaşı, məlahətli səsləri ilə də incəsənətimizin xidmətindədirlər. (Qeyd edək ki, Səməd və Elay qardaşları Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, tanınmış sənətçi Nadir Xasıyevin övladlarıdır.)
2013-cü ildə yaranan "Bico" qurupu bu günlərdə yeni aranjemanda daha bir mahnıya şirin nəfəs verib. Sözləri şair Zəki İslama, musiqisi mərhum bəstəkar Hikmət Mirməmmədliyə məxsus olan mahnı “Yar yarına söz verəndə” adlanır. Mahnının aranjemanı isə Rəşad Hüseynovdur. Könülləri oxşayan "Yar yarına söz verəndə" mahnısını "Bico" qurupunun özünəməxsus ifasında oxucularımızın və zövqlü musiqi dinləyicilərinin ixtiyarına buraxırıq.