Dünyanın ən seksual modeli hesab edilən rus gözəl İrina Şeykdən ayrılan Ronaldo özünə yeni sevgili tapıb. ANS PRESS-in məlumatına görə, Şeykin yerini meksikalı gözəl alıb.
"Real Madrid"in dünyaca məşhur futbolçusu Kristiano Ronaldo İrina Şeykdən ayrıldıqdan sonra bir çox gözəllə adı çəkilib. Lakin o sevgini meksikalı model, aparıcı Vanessa Huppenkotendə tapıb.
İddiaya görə, Vanessa ulduz futbolçu ilə görüşmək üçün Madridə üz tutub. O, tez-tez Ronaldonun matçlarını izləmək üçün stadionlara üz tutur.
Vanessa "Dünya Kuboku"nun ən seksual jurnalisti seçilib. O, Çempionatda öz şərhləri və geyindiyi seksual geyimləri ilə sosial mediada ən çox diqqət çəkən simalarından olub.
Xatırladaq ki, Ronaldo uzun müddət birlikdə olduğu Şeykdən ötən ilin son günlərində ayrılıb. İddiaya görə, futbolçunun anası rus gözəlin əleyhinə olub. Cütlük arasında münasibətlərin pozulmasında da onun rolu olduğu istisna edilmir.