Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Zirəddin ekstrasens yox, şoumendir” - "Şou biznesdə baxıcılar çoxdur, biri də mənəm"

6-03-2015, 16:21   
“Zirəddin ekstrasens yox, şoumendir” - "Şou biznesdə baxıcılar çoxdur, biri də mənəm"
“Dünya tarixində iki ekstrasens olub ki, həqiqəti söyləyiblər. Bunlardan biri Nostradamus, digəri Vanqa olub”.

Bu sözləri Editor.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyevin ekstrasens Zirəddin Rzayevin 2015-cil üçün proqnozlarından danışarkən belə söyləyib.

Onun sözlərinə görə, Zirəddin Rzayev yalan danışır:

“O, baxıcı yox, şoumendir. Şou biznesdə baxıcılar çoxdur, biri də mənəm. O, nə bilir dünya siyasəti nədir, beynəlxalq proqnozlar nədir? Belə bilirsə, getsin BMT-nin Azərbaycanla bağlı qətnamələrinin niyə icra olunmadığını desin. Mən yenə deyirəm. Nostradamus və Vanqadan başqa eksrasens olmayıb. Dünyanın bütün savadlı insanları bilir ki, Ukrayna, ərəb dünyası dağılır, neftin qiyməti düşür, qlobal iqtisadi böhran gəlir. Bunu hər kəs bilir ki, 2015-ci ildə vəziyyət gərginləşəcək. Bunun üçün baxıcı olmaq lazım deyil axı. Yaxşı olar ki, o getsin ciddi işlərlə məşğul olsun, avara-avara işlərlə yox”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar