Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məşhur modelin fotoşopsuz şəkilləri (FOTO)

14-02-2015, 17:11   
Məşhur modelin fotoşopsuz şəkilləri (FOTO)
Sindi Krouford əsl bədənini göstərməkdən qorxmasa da, onu görənlər qorxdu
Məşhur model Sindi Krouford fotoşopsuz şəkillərinin dərc edilməsindən qorxmasa da, şəkili görənlər dəhşətə gəlib.

ANS PRESS-in məlumatına görə, "Marie Claire" dərgisinin aprel sayında Kroufordun fotosessiyası çıxacaq və 48 yaşlı model bu fotolarda fotoşop işlənməsi olmadan görünəcək.

Sindi alt paltarında çəkilib və kadrlardan biri artıq İnternetdə yayılıb. Redaksiya nümayəndəsinin sözlərinə görə, Sindinin şəkli dərginin başladığı layihənin yalnız bir hissəsidir. Bu layihənin məqsədi parıltılı dərgilərin səhifələrinə düşməzdən əvvəl modellərin əslində necə göründüklərini göstərməkdir.

Xatırladaq ki, modelin iki uşağı var: oğlu Presli Uolker 2 iyul 1999-cu ildə, qızı Kayya Cordan 3 sentyabr 2001-ci ildə doğulub.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar