Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Müsəlman alimlər ayağa qalxdı

4-02-2015, 18:34   

Dünya Alimlər Birliyinin baş katibi Əli Qaradaği başda olmaqla bir çox din xadimi İŞİD-i iordaniyalı pilotu qəddarcasına edam etdiyinə görə sərt şəkildə tənqid edib.

Axar.az xəbər verir ki, pilotun diri-diri yandırılmasının islama zidd olduğunu bəyan edən alimlər bu addımı “Soyuqqanlılıqla və qorxaqcasına atılan addım” adlandırıb:

“İŞİD iordaniyalı pilotu diri-diri yandırdıqdan sonra çəkilən görüntüləri macəra filmləri kimi yayır. Bu, qandan zövq alan sadist bir ağıldır. Bəs islam harada qaldı? Onların islam əxlaqı budurmu?”
Bəyanatda peyğəmbərin yandırmağı qadağan edən “Allahdan başqa heç kim atəşlə cəzalandıra bilməz” ifadələrini işlədən alimlər bu hadisələrin islama ləkə olduğunu qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar