Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İŞİD-də böyük qırğın

23-01-2015, 10:59   
İŞİD-də böyük qırğınİraqın və beynəlxalq koalisiyanın silahlı qüvvələri minlərlə İŞİD üzvünü məhv edib.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib. Onun sözlərinə görə, həm də terror qruplaşmasının başçılarının yarısı öldürülüb.

Kerrinin sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi hərbi hava qüvvələrinin dəstəyi ilə İraq hərbçiləri İŞİD-in əlindən 700 kvadrat kilometr ərazini geri alıb.

Amma bununla yanaşı ABŞ dövlət katibi tərəfdaşlarını İŞİD-lə mübarizədə daha çox səy göstərməyə çağırıb. Onun fikrincə, bu, terrorçuların gəlirlərini azaldar və xaricdən gələn döyüşçü axınını dayandırar.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar