
O, 39 nəfər günahsız insanı öldürüb
Kriminal Əsrin ən təhlükəli qatili adına namizəd 26 yaşlı Tiaqo Enrike Qomes həbsxanada boğazını kəsərək intihar etməyə çalışıb.
ANS PRESS-in məlumatına görə, braziliyalı qatil 39 nəfər günahsız insanı öldürüb.
Tiaqo öz qurbanlarını motosikldən enmədən başından vuraraq öldürüb. O, bununla qətillərin soyğunçuluq məqsədi ilə törədildiyi görünüşü yaratmaq istəyib. Bununla belə o öz qurbanlarının əşyalarını götürməyib.
Hüquq-mühafizə orqanları cinayətkarın tutulmasına görə genişmiqyaslı əməliyyat təşkil edib. Onun həbs olunması keçmiş məhkumluğu sayəsində baş tutub. Məlum olub ki, onun supermarketdə motosikl üçün nömrə nişanların oğurluğu haqqında işdə adı hallanır.
Polislər onu saxta nömrəli nişanlar üzrə axtarıb tapıb. Onun evində axtarış zamanı qətlin aləti — 38 kalibrli revolver tapılıb. Tiaqo insanları öldürdüyünü etiraf edərək bununla sakitləşdiyini qeyd edib.
[media=http://www.youtube.com/watch?v=CwM0C8aXKgs]